https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb

Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb

Sərbəst güləş üzrə U-20 millisinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) idmançısı Nicat Həsənov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Journeymen World Classic” beynəlxalq turnirində bürünc medal qazanıb.

525.az-a AİJA-dan bildirilib ki, 63.5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı iki amerikalı rəqibinə qalib gəldikdən sonra yarımfinalda Kanada idmançısına məğlub olaraq 3-cü yer uğrunda mübarizəni davam etdirib. O, bürünc medal görüşündə Gürcüstan təmsilçisinə qalib gələrək fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, ABŞ və Azərbaycan arasında güləş əlaqələrinin inkişafına verdiyi töhfəyə görə turnirin təşkilatçısı Frank Popolizio Azərbaycan Güləş Federasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib. Turnirin təşkilatı işlərinə cavabdeh Marilena Popolizioya üzərində Azərbaycan mədəniyyətini və incəsənətini özündə əks etdirən hədiyyələr təqdim olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.