https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

"Qarabağ"da iclas keçirildi

"Qarabağ"da iclas keçirildi

“Qarabağ” klubunun İdarə Heyətinin növbəti iclası keçirilib.

525.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İclasda klub prezidenti Tahir Gözel, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.

İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.

İdarə Heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ” Futbol Klubunun həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyən edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.