https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Azərbaycanlı FIFA referisinin idarə etdiyi oyunda 6 qol vurulub

Azərbaycanlı FIFA referisinin idarə etdiyi oyunda 6 qol vurulub

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu idarə edib.

525.az xəbər verir ki, o, ötən gün B qrupunun Kosovo - Moldova görüşündə ədaləti qoruyub.

Lütfəliyeva qarşılaşma ərzində cəmi bir futbolçuya sarı vərəqə göstərib. Referi 26-cı dəqiqədə Moldova yığmasından Olqa Luçanı cəzalandırıb. Oyun isə Kosovonun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Fəridə Lütfəliyeva aprelin 15-də Kosovo – Litva matçının ehtiyat, 18-də Moldova – Litva görüşünün isə baş hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçirilir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.