https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Azərbaycan güləşçiləri Antalyada "Zəfər Kuboku"nda daha altı medal əldə ediblər

Azərbaycan güləşçiləri Antalyada "Zəfər Kuboku"nda daha altı medal əldə ediblər

Azərbaycanın daha altı təmsilçisi Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə "Zəfər Kuboku"nda medal qazanıb.

525.az-a Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, U-17 yaş qrupunda sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) gümüş medal əldə edib.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri daha əvvəl dörd mükafat qazanıblar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.