https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Simeonedən qələbə şərhi

Simeonedən qələbə şərhi

“Atletiko” Madridin baş məşqçisi Dieqo Simeone komandasının UEFA Çempionlar Liqasında yarımfinala yüksəlməsini şərh edib.

525.az xəbər verir ki, “Barselona”ilə cavab matçından (1:2, ilk oyun 2:0) sonra UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis deyib:

“İlk hissədə böyük səylə oynadıq və bəzi fərdi səhvlərə baxmayaraq, oyunumuzu qura bildik. Qol isə həqiqətən möhtəşəm idi. Belə başlanğıc gözlənilən idi, çünki rəqib çox güclüdür. Belə komandaya qarşı səhvlər bağışlanmır. Təkcə müdafiə ilə nəticə qazanmaq mümkün deyildi, hücum etməli idik. İkinci hissədə oyun daha bərabər keçdi. Əvəzetmələr bizə güc verdi, rəqib isə ilk hissədəki tempi bir qədər 
aşağı saldı”.

O, 1/2 final haqda da danışıb: “Yarımfinala yaxşı əhval-ruhiyyə və öz gücümüzə inamla gedirik. Güclü və zəif tərəflərimizi bilirik. Nə etdiyimizə tam əminik və illərdir arzuladığımız məqsəd uğrunda mübarizə aparmağa hazırıq”.

Qeyd edək ki, Madrid təmsilçisi yarımfinalda “Arsenal” – “Sportinq” cütünün qalibi ilə üz-üzə gələcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.