https://525.az/img/pics/medium/2026-06/393573_gow4shv7my.jpg İşıqlı bir ömrün portreti - Şair-jurnalist Tofiq Hüseynin 80 yaşına
https://525.az/img/pics/medium/2026-06/393529_79qn01fcn5.jpg "Qardaşlar və bacılar" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-06/393394_564pc54rqt.jpg Kart ödənişlərində komissiyalara limit qoyuldu
https://525.az/img/pics/medium/2026-06/393527_60ptsty63c.jpg Laçında “Yeni Yaşayış Məhəlləsi”nin təməli qoyulur: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək
search
6 İyun 2026
5 İyun 2026

Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!

Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.

525.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov ilk görüşdə Yan Oxlenə (İsveç) 5:1, 1/4 finalda Bolqarıstan güləşçisi Abu Amayevə 7:0 hesabı ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Dieqo Çxikvadzeni məğlub edərək (4:2) finala yüksəlib. Finalda onun rəqibi Murat Fırat (Türkiyə) olacaq.


Digər güləşçimiz Qurban Qurbanov (82 kq.) ilk görüşdə Svetoslav Nikolovu (Bolqarıstan) 7:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə o, Mixail Bradunu (Moldova) 5:4 hesabı ilə üstələyib. Yarımfinalda Qurban Gela Bolkvadzeni (Gürcüstan) 2:1 hesabı ilə məğlub edərək finala çıxıb. O, həlledici görüşdə Umümdünya Güləş Federasiyasının bayrağı altında yarışan rusiyalı Adlet Tülübayev ilə üz-üzə gələcək.

Nihat Məmmədli (60 kq) Nihat startda azad olub, 1/4 finalda isə Vladislav Kuzkonu (Ukrayna) 5:0 hesabı ilə məğlub edib. Yarımfinalda Nihat Suren Ağacanyanaya (Ermənistan) 1:8 hesabı ilə uduzub və bununla da sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Mükafatlar uğrunda yarış sabah olacaq. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.