https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

"Qarabağ" rəsmiləri UEFA Forumunda

"Qarabağ" rəsmiləri UEFA Forumunda

"Qarabağ" futbol akademiyasının meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyev UEFA Gənclər Liqası 5-ci Forumunda iştirak ediblər.

525.az xəbər verir ki, Cenevrə şəhərində başa çatan tədbirdə bir neçə mövzuda seminarlar keçirilib. Lids Bekket Universitenin professoru Sercio Lara-Bersial "Futbol IQ-sü nədir və gənc futbolçularda necə inkişaf etdirilə bilər?", "Olimpik"in (Lion, Fransa) sabiq köməkçi məşqçisi Damyen Della Santa "Fərdi oyunçu inkişafı", UEFA Məşqçi İnkişafı Departamenti "Gələcək nəsil futbolçu yetişdirilməsinin metodoloji prinsipləri" mövzularında təqdimatlar ediblər.

Qonaqlar Lozanna şəhərində Madrid "Real"ının penaltilərlə Belçika təmsilçisi "Brügge"yə qalib gəldiyi (əsas vaxt 1:1) Gənclər Liqasının final matçını izləmək imkanı qazanıblar. Daha sonra UEFA texniki nümayəndələri - sabiq məşhur futbolçu Sami Xedira və məşhur məşqçi Anj Postukouqlu ilə birlikdə final oyunu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir Dortmund "Borussiya"sında uşaq futbolundan başlayaraq Çempionlar Liqasının finalına qədər uzun yol keçmiş Edin Terziçin maraqlı panel müsahibəsi ilə başa çatıb.

Sonda iştirakçılara UEFA tərəfindən sertifikatlar təqdim olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.