https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!

Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatı davam edir.

525.az xəbər verir ki, qitə birinciliyinin üçüncü günündə 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu adını qazanıb. Onun ardınca ötənilki turnirin qalibi Qurban Qurbanov (82 kq.) finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq.) bürünc medal uğrunda qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qadınların yarışında isə Günay Qurbanova (59 kq.) yarımfinalda ukraynalı dünya mükafatçısı Mariya Vinnikə 2:6 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda Marta Getmanova (UWW) ilə üz-üzə gələcək.

Elnurə Məmmədova (50 kq.) isə təsnifat mərhələsində polşalı Aqata Qoluçovskaya məğlub olaraq turniri medalsız başa vurub.

Qeyd edək ki, bundan öncə yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq.), Nihat Məmmədli (60 kq.) və İslam Abbasov (87 kq.) bürünc medal qazanıblar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.