https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçirilib.

525.az xəbər verir ki, bununla da ikinci finalçının adı məlum olub.

"Sabah" öz meydanında "Qarabağ"la qarşılaşıb. Matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, matçın 36-cı dəqiqəsində Ağdam təmsilçisinin qapıçısı Mateus Koxalski "Sabah"ın futbolçusu Velko Simiçə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alıb və komanda azlıqda mübarizə aparmalı olub.

Xatırladaq ki, ötən mövsüm Azərbaycan kubokunun finalında da bu komandalar üz-üzə gəlib və "Sabah" 3:2 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Beləliklə, finala yüksələn "Zirə" və "Sabah" komandaları mayın 13-də final matçında üz-üzə gələcəklər.

22 aprel (çərşənbə)

Azərbaycan kuboku, 1/2 finalın cavab matçı

20:00.“Sabah” - “Qarabağ” - 2:1

Qırmızı vərəqə: M.Koxalski, 36 ("Qarabağ")

Qollar: Kamilo Duran, 59 (0:1), Velko Simiç, 78 (1:1), Patrik Mbina, 88 (2:1)
“Bank Respublika Arena”

İlk oyun - 2:2

21 aprel (çərşənbə axşamı)

“Zirə” - “Turan Tovuz” - 0:0

İlk oyun - 2:0

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.