https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

Bu klub Bernardo Silva ilə danışıq aparır

Bu klub Bernardo Silva ilə danışıq aparır

“Yuventus” “Mançester Sitinin yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə cəlb etmək istəyir.

525.az xəbər verir ki. bu barədə insayder Matteo Moretto məlumat yayıb. Turin klubunun Silva ilə ilkin danışıqlar apardığı bildirilir.

31 yaşlı portuqaliyalı futbolçu daha əvvəl mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb. Onun yayda azad agent statusu qazanacağı gözlənilir.

Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 453 oyuna çıxaraq 76 qol vurub və 77 məhsuldar ötürmə edib.

Portuqaliyalı futbolçu “şəhərlilər”lə birlikdə 6 dəfə İngiltərə çempionu olub, 5 dəfə Liqa kubokunu, 3 dəfə ölkə Superkubokunu, 2 dəfə isə İngiltərə kubokunu qazanıb.

Qeyd edək ki, futbolçunun klubla mövcud müqaviləsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, onun bazar dəyəri 27 milyon avrodur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.