https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib

Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın 4 boksçusu yarımfinala vəsiqə əldə edib.

525.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 50 kq-da Sübhan Mamedov Rudolf Qarboyan (Ermənistan) üzərində qələbə qazanıb. Rəqib zədələndiyindən döyüşü davam etdirə bilməyib. Mamedov növbəti görüşündə Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gələcək.

Nəbi İsgəndərov (70 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda Farux Toxtassunovu (Qazaxıstan) da mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 30:27, 29:28, 27:30, 28:29). İsgəndərov yarımfinala Kaian Reisi (Braziliya) sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) Sanjar-Ali Beqaliyevə (Qazaxıstan) qalib gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) də növbəti qələbəsini qazanıb. 1/4 finalda hər 3 raundu aktivinə yazan milli üzvü Luka Pratljaçiçə (Xorvatiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, üçüncü qarşılaşmasında Omar Şina (Norveç) ilə döyüşəcək.

Yarımfinala yüksələn 4 boksçumuzun hər biri özü üçün azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.