https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında yarışlara bu gün Suqovuşanda start veriləcək.

525.az xəbər verir ki, avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafəyə yarışlarda qüvvələrini sınayacaqlar. Mübarizə saat 13:00-da start götürəcək. Final mərhələsi saat 14:10-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.