https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

Neymar gənc futbolçunu vurdu

Neymar gənc futbolçunu vurdu

Santos”un ulduzu Neymar məşq zamanı xoşagəlməz hadisənin iştirakçısı olub. 

525.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı hücumçu 18 yaşlı yarımmüdafiəçi Robinyo Juniora qarşı kobud hərəkət edib. Mənbə bildirir ki, gənc futbolçu Neymarı keçdikdən sonra təcrübəli oyunçu bunu hörmətsizlik kimi qəbul edib və əsəbiləşərək əvvəlcə ona ayaq ilişdirib.

Daha sonra tərəflər arasında mübahisə yaranıb və qarşılıqlı itələşmə olub. İddialara görə, Neymar hətta komanda yoldaşına zərbə də endirib.

Hadisə ilə bağlı nə “Santos” rəsmiləri, nə də futbolçular rəsmi açıqlama verib. Neymarın nümayəndələri isə bu barədə məlumatlı olmadıqlarını bildiriblər.

Bununla belə, “Globo”nun yaydığı məlumata əsasən, tərəflər arasında gərginlik aradan qaldırılıb və Neymar komanda yoldaşından üzr istəyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.