https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

“Sabah” məni transfer edəcək, razılığa gəlmişik”

“Sabah” məni transfer edəcək, razılığa gəlmişik”

İcarə qaydasında “Sabah"da oynayan Timoteuş Puhaç yeni mövsümdə də karyerasını Azərbaycanda davam etdirəcəyini təsdiqləyib.

525.az xəbər verir bu, 27 yaşlı futbolçu bu haqda Polşanın weszlo.com saytına müsahibəsində deyib. Müdafiəçi bildirib:

“Sabah” məni transfer edəcək. Artıq şəxsi müqavilə ilə bağlı da razılıq əldə etmişik. Bu, baş tutacaq. Buradan getməyi planlaşdırmıram. Yalnız hansısa fantastik təklif olsa, vəziyyət dəyişə bilər. Müqaviləmdə satınalma maddəsi olacaq. Amma düşünmürəm ki, həmin məbləğə Azərbaycandan 27 yaşlı futbolçunu transfer etsinlər. Fikrim növbəti mövsüm də burada qalmaqdır”.

Qeyd edək ki, “Sabah”ın Puhaçı birdəfəlik transfer edəcəyi və onunla 3 illik müqavilə imzalayacağı bildirilir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.