https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Qəbələ"nin kapitanının cəzası açıqlandı

 "Qəbələ"nin kapitanının cəzası açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

525.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 31-ci turundaı və Azərbaycan kubokunun finalındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Misli Premyer Liqası, 31-ci tur

“Qəbələ” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində “Qəbələ”nin 11 nömrəli futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyunluq cəzalandırılıb. Onun klubu 10000 manat cərimə edilib.

Həmin matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” 2500 manat cərimələnib.

Eyni görüş bitdikdən sonra meydançaya kənar əşya atıldığına görə “Qəbələ” 2000 manat cərimə edilib.

“Neftçi” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün bölgə klubu 700 manat cərimələnib.

Azərbaycan Kuboku, final

Azərbaycan Kubokunda final qarşılaşması olan “Sabah” – “Zirə” oyununda “Zirə”dən 5 nəfər sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 700 manat cərimələnib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.