
Azərbaycan prezidenti İlham Əliyev Məhərrəm Əliyevi yeni vəzifəyə təyin edib.
525.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, M. Əliyev Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Prezidentin digər sərəncamı ilə M. Əliyevə general-leytenant hərbi rütbəsi verilib və o, həqiqi hərbi xidmətə qəbul edilib.
Qeyd edək ki, M.Əliyev bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Azərbaycanın Tacikistandakı səfiri vəzifələrində çalışıb.



