https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Baş məşqçi futbolçudan üzr istədi

Baş məşqçi futbolçudan üzr istədi

“Aston Villa”nın baş məşqçisi Unay Emeri yarımmüdafiəçi Harvi Elliottdan üzr istəyib.

525.az xəbər verir ki, “Talksport” nəşrinin məlumatına görə, buna futbolçunun kifayət qədər oyun vaxtı qazanmaması səbəb olub. “Liverpul”dan icarə əsasında Birminqem klubuna keçən 23 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə cəmi 278 dəqiqə meydanda olub.

Məlumata görə, Emeri müqavilədə yer alan 35 milyon funt sterlinqlik məcburi satınalma bəndinin aktivləşməməsi üçün Elliotta az şans verib. Belə ki, futbolçu Premyer Liqada 10 oyuna çıxacağı halda, “Aston Villa” onu birdəfəlik transfer etməli idi. Hazırda isə Elliot çempionatda yalnız 4 matçda iştirak edib.

İspaniyalı mütəxəssis qərarın ağır olduğunu etiraf edib:

“Bu qərarın səbəbini indi izah etmək çətindir. Əlbəttə, vəziyyət prosesdə iştirak edən hər kəs üçün xoş deyil və mən hər gün öz içimdə Harvi Elliottdan üzr istəyirəm. Amma bizim də öz məsuliyyətimiz var”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.