https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Rodri ilə müqavilə uzadılacaq

Rodri ilə müqavilə uzadılacaq

“Mançester Siti” yarımmüdafiəçisi Rodri ilə yeni müqavilə imzalamağa yaxındır.

525.az "The Telegraph"a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun gələcəyi ilə bağlı yekun qərar yaxın vaxtlarda veriləcək.

Bildirilir ki, “Real”ın ispaniyalı yarımmüdafiəçi ilə maraqlanması fonunda “şəhərlilər” müqavilənin uzadılması prosesini sürətləndirmək niyyətindədir.

Qeyd edək ki, Rodri 2019-cu ilin yayından “Mançester Siti”nin formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

İspaniyalı futbolçu 2025/2026 mövsümündə keçirdiyi 31 oyunda 2 qol vurub.

“Transfermarkt” portalı Rodrinin bazar dəyərini 65 milyon avro qiymətləndirir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.