https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Region Liqasının qalibi bəlli oldu

Region Liqasının qalibi bəlli  oldu

AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.

525.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən final oyununda “Zəngəzur” və “Marafon” komandaları qarşılaşıblar.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Zəngəzur” çempion olaraq, 2-ci Liqada iştirak hüququ əldə edib. “Marafon” isə 2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.

3-cü yer uğrunda qarşılaşmada “Biləsuvar”  “Şəfəq”i 4:1 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.
Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 78 qol vuran “Marafon” komandasının oyunçusu Vüqar Əşrəfli bombardirə təqdim olunan mükafata yiyələnib. “Zəngəzur” komandasından isə Elgün Abbaslı Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

Nəhayət, “Biləsuvar” bürünc, “Marafon” gümüş medalla, “Zəngəzur” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.