|
|
|
|

Uqandada minik avtomobili qoyub keçməyə cəhd edən fillə toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Murçison-Folls milli parkı ərazisində baş verib.
Nəticədə avtomobildə olan 7 nəfərdən üçü hadisə yerində keçinib. Digər 4 nəfər isə ağır xəsarətlər alıb. Onların hamısının Uqanda vergi xidmətinin əməkdaşları olduğu bildirilir.
Yeri gəlmişkən, yerli mətbuatda qəzaya səbəb olan filin aqibəti barədə məlumat verilmir.
L.Tağıyeva



