|
|
|
|

İspaniyanın Tenerife şəhərindən Birmingemə (Böyük Britaniya) uçan Jet2 aviakompaniyasına məxsus sərnişin təyyarəsində fors-major hal yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə havada olarkən pilotlardan birinin halı pisləşib.
Digər pilot "hava gəmisi"ni Portuqaliyanın Portu şəhər hava limanına endirə bilib. Xəstəxanaya çatdırılan xəstənin infarkt keçirdiyi məlum olub.
Qeyd edək ki, təyyarə pilot əvəzləndikdən sonra 3 saat gecikmə ilə təyinat nöqtəsinə yola düşüb.
L.Tağıyeva



