|
|
|
|

İranda beynəlxalq internetə çıxışı tam bərpa olunur.
525.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Məsud Pezeşkian müvafiq qərar imzalayıb.
İranın rabitə və informasiya texnologiyaları nazir Səttar Haşimi ölkənin qlobal internetə qayıtması prosesinin artıq başladığını təsdiqləyib. Onun sözlərinə görə, internetin kəsildiyi dövrdə bir gün İrana 30 milyon dollara başa gəlib, həmçinin bu, gəliri şəbəkədən asılı olan 10 milyon insana təsir edib.
Xatırladaq ki, ABŞ və İsrailin İrana hərbi hava hücumlarından sonra İranda beynəlxalq internetə çıxışda məhdudiyyət tətbiq edilib.
Pərvanə Sultanova



