Gənclərin II Ümumrespublika Teatr Festivalının qalibləri bəlli oldu
525.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan - Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı başa çatdı. Noyabrın 30-da axşam saat 19-da Dövlət Gənc Tamaşaçılar Teatrında qaliblərin adları açıqlanıb və mükafatlandırma mərasmi baş tutub. Tanınmış mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri və gənclərin qatıldığı mükafatlandırma mərasmində çıxış edən festivalın ideya müəllifi və rəhbəri, millət vəkili Jalə Əliyeva dedi: “Qalib gəlmək əhəmiyyətli deyil, əhəmiyyətli olan Azərbaycan gəncliyinin bariz nümunəsi Leyla Əliyevanın təşəbbüsü olan İDEA beynəlxalq layihəsindən ruhlanaraq, bu festivalda iştirak etmək, eyni zamanda sənətdə ilk addımlarıni atan gənclərə dəstək olmağımızdır. Öz əvəzimdən söz verirəm ki, festivalın davamlı olaraq keçirilməsi və yaradıcı gənclərimizin üzə çıxarılması istiqamətində səylərimi davam etdirəcəyəm. ” Festivalın icraçı direktoru Ramil Ağasiyev festivalın təşkilat komitəsi adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ekologiyaya xüsusi diqqət ayırdığı üçün ünvanlanan təşəkkür məktubunu oxuyub.
İcraçı direktor həmçinin festivalın gerçəkləşməsində millət vəkili Jalə Əliyevanın böyük əməyinin olduğunu vurğulayaraq, gənclərə dəstək olduğuna görə ona iştirakçılar adından minnətdarlıq bildirib. Festivalın öz möhtəşəmliyi və maraqlılığı ilə digərlərindən fərqləndiyini deyən Azərbaycan-Amerika Alyansının icraçı direktoru Xəyal Şərifzadə festivalın əhəmiyyətindən danışıb. Hesablama Palatasının auditoru Mehribal Alışanova bildirib: “Bu 3 gün ərzində tamaşaçılar yalnız sənət aləminə nüfuz etmədilər, biz isə sadəcə yaxşı aktyor ya rejissor işini qiymətləndirmədik. Onlar bizi düşünməyə, ekoloji problemlərə qarşı təcili tədbirlər görməyə stimulə etdilər. Buna görə çox sağ olun!”. Millət vəkili Elmira Axundova, Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Gənclər və İdman naziriliyinin sektor müdiri Elşən Hüseynov, Nazirlər Kabinetinin təmsilçisi və digərləri çıxış edərək, iştirakçıları bu gənclik bayramı münasibətilə təbrik ediblər.
Obyektivliyin qorunması məqsədilə adları gizlin saxlanılan münsiflərin tərkibi də elan olunub; Azad Şükürov, Sənubər İsgəndərli, Şeyx Əbdül Mahmudbəyov, Həmidə Ömərova,Vasif Babayev, Bəhram Osmanov, Sevda Teymurova. Təəssüratlarıni paylaşan münsiflərin hər biri komandaların tamaşaları barədə ürəkdolusu danışıblar.
“Zibil düşüncə”, “Qoy nəfəs alım”, “Oksigen balonu”...
N
Festivalda iştirak edən 5 uşağı isə Jalə Əliyevanın sürprizi gözləyirdi. Xanım millət vəkili onlara festivala rəng qatdıqları üçün xüsusi təşəkkür edib və orijinal suvenirlər hədiyyə edib.
Xatırladaq ki, Festivalda ümumilikdə 13 komanda iştirak edib. Sonda səhnə gənclərin ixtiyarına verilib. Bütün komandalar səhnəyə çıxaraq festivalın “Dünya bizim evimiz” himnini səsləndirb. Qeyd edək ki, festivalın himninin müəllifi Ayaz Dassendir.