|
|
|
|

“Ümumiyyətlə, alternativ nəqliyyat növləri – tramvay, trolleybus, şəhərdaxili qatar xətləri və dəmir yollarının yenidən canlandırılması şəhərin gələcək infrastruktur planlarında nəzərdən keçirilən məsələlərdəndir. Kanat yolları da bu ideyalar sırasındadır. Bu ideyanın meydana gəlməsinin səbəbi ondan ibarətdir ki, Dağüstü park, "Alov qüllələri", Bayıl və Badamdar yüksəklikləri, eləcə də Dənizkənarı Bulvar arasında kanat yollarının yaradılması üçün kifayət qədər potensial mövcuddur. Lakin hazırda bu istiqamətdə təsdiqlənmiş hər hansı dövlət proqramı və ya planı barədə məlumat yoxdur”.
Bunu iqtisadçı ekspert Vüqar Oruc 525.az-a bildirib. Ekspertin sözlərinə görə, belə bir layihənin həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Bu proseslər həm Bayıl ərazisini, həm də "20-ci sahə" yaşayış massivini əhatə edə bilər. Təbii ki, belə layihələrin həyata keçirilməsi üçün investorların iştirakı vacib şərtlərdən biridir. Həmin ərazilərdə artıq bir neçə layihənin icrasına başlanılıb.
Sevinc Qarayeva



