|
|
|
|

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.
525.az-ın xəbərinə görə, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.
Onun sağlamlıq vəziyyəti nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.



