|
|
|
|

Xəzərdə daha dörd balıqçı itkin düşüb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə dünən səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən 4 nəfərin balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxması və geri qayıtmamaları barədə məlumat daxil olub. Müraciət daxil olan kimi dərhal aidiyyəti qurumlar məlumatlandırılıb və Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Xəzər dənizində daha bir neçə nəfər itkin düşüb. Onlardan ikisinin cəsədi tapılıb, digər 2 nəfərin axtarışı isə davam etdirilir.



