Türkiyənin Star TV kanalında yayımlanan "O ses Türkiye"de növbəti azərbaycanlı iştirakçı çıxış edib.
525.az-ın məlumatına görə, 23 yaşlı Fidan Hüseynova Azərbaycan xalq mahnısı "Sarı Gəlin"i oxuyub və ilk saniyədə münsiflərdə oturan Murat Bozun rəğbətini qazanıb. Bakıda Milli Konservatoriyada oxuyan Fidan növbəti həftələrdə Murat Bozun komandasında çıxış edəcək.
Qeyd edək ki, Fidan Hüseynova yarışmada münsiflər tərəfindən bəyənilən artıq 4-cü azərbaycanlıdır.