Qayıdış ideologiyasının ziyalı imzası
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
7 İyul 2026
13:37
MN-in baş direktoru və bir qrup hərbçi təltif edilib
13:25
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq
13:19
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
13:03
Sabah yağış yağacaq, bəzi rayonlarda intensivləşəcək
13:00
“Konstitusiya islahatı sülh müqaviləsinin alternativi deyil” -
Fond rəhbəri
12:52
İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub
12:40
Bakıda özbək şairi Şöhrət Arifin şeirlər kitabı çap olunub
12:36
16 il sonra yenidən...
12:34
Bu ilin II rübündə Energetika Nazirliyi 65 icazə verib
12:27
Abşeronda silah-sursat aşkarlanıb
12:26
Əsəd Cahangirin 60 illik yubileyi AYB-nin Natəvan zalında təntənəli şəkildə qeyd olundu
12:17
“Laçının elmlər doktorları və dövlət xadimləri” kitabının təqdimat mərasimi keçirilib
12:13
Vətəndaşların qanunvericilik təşəbbüsü prosesinin elektron qaydaya keçirilməsi son oxunuşda qəbul edilib
12:08
"Kəpəz" braziliyalı hücumçu ilə yolları ayırdı
12:00
"Fiziki ticarət öz əhəmiyyətini tam itirməyib” -
Rəy
11:55
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
11:49
I yarımildə dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
11:41
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
11:33
Amerikalı senator sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib
11:30
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 faiz artıb
11:22
"Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" -
İlham Əliyev
11:14
Bağçalara elektron qəbul başlayıb
11:12
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:10
Məktəblərdə geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti son oxunuşda qəbul edilib
11:05
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir
11:00
“Ölkədə kəskin meyvə-tərəvəz qıtlığına səbəb olacağını demək doğru deyil” -
İqtisadçı
10:55
192 minə yaxın şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb
10:44
“Sabah” Çempionlar Liqasında mübarizəyə başlayır
10:38
Bəzi rayonlara leysan yağır
10:25
Zəngilanda əmək yarmarkasında 80 vakansiya təqdim ediləcək
10:14
Səhiyyə nazirinə yeni müavin təyin edilib
10:05
Azərbaycan nefti bahalaşıb
10:00
“Ciddi təhlillər aparılmalıdır” -
Nəqliyyat eksperti
09:51
Allahşkür Paşazadə Daşkənddə keçirilən İ Beynəlxalq İslam Sivilizasiyası Forumununda
iştirak edir
09:44
"Bitcoin" bahalaşmaqda davam edib
09:32
Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər
09:20
Dünya bazarlarında neftin qiyməti artır
09:16
ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
09:07
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
09:00
"Bu həm vaxt itkisini azaldacaq, həm də sənəd dövriyyəsindəki gecikmələri minimuma endirəcək" -
Mütəxəssis rəyi
01:56
Fransa meşə yanğınları ilə mübarizə aparır
01:39
Nigeriyada fermerlərə silahlı hücumda 9 nəfər həlak olub
01:25
Çində bənd uçub -
yüzlərlə insan təxliyə edilib
01:08
Hindistanda bina çöküb -
6 ölü
00:57
Kuba yenidən qaranlığa qərq oldu
00:43
Şri-Lankada həbsxanada iğtişaş -
25 ölü
00:31
Şirin insana hücumu kameralara düşdü
00:24
Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
6 İyul 2026
23:38
Bütün Qafqazın Şeyxi I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edir
21:37
"Neftçi" Serbiya klubuna uduzdu
20:41
Balaxanının qaz təchizatında fasilə olacaq
19:45
"Sumqayıt"ın rəqibləri bilindi
19:03
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib
18:35
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:25
Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
18:18
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
18:08
Qurban Qurbanov Norveçin indiki baş məşqçisini məğlub edib tarix yazmışdı!
18:00
“Astarada kino günləri” başa çatıb
17:54
Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib
17:48
Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən
təxirə salınıb
17:42
“Problemli məsələlərin həllinə ümid edirəm” -
Paşinyan Mişustinlə görüşdə
17:36
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 122 mln. manatı ötüb
17:31
Lukaşenko ABŞ-ni daimi müharibə aparan ölkə adlandırıb
17:25
Bu il dövlət büdcəsinə 9 mlrd. manata yaxın vergi daxil olub
17:19
Aİ Şurasının sədri NATO sammitində iştirak edəcək
17:13
Azərbaycanda 6 ayda vergi daxilolmaları 9 milyard manata yaxın olub
17:07
“Atlar və İnsanlar” sənədli serialının Azərbaycandakı çəkilişlərinin ilk mərhələsi yekunlaşıb
17:00
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat -
7 terrorçu zərərsizləşdirilib
16:54
Azərbaycanda 6 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb
16:51
Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb
Son xəbərlərin davamı »
“Şair, hökmdarın hüzurundasan...”
İzmir hadisələri və Atatürklə yeni qarşıdurma
Yazar
Oxunub:
1328
dəfə
a
-
A
+
10.12.12 02:10
(
Əvvəli
ötən
şənbə
saylarımızda
)
Sərbəst
Firqənin
quruluşu
siyasi
həyatda
köklü
dəyişikliklərdən
daha
çox
demokratiya
görüntüsünü
yaratmağa
xidmət
edirdi
.
Dəyişiklik
istəyi
və
qətiyyəti
aşağıdan
,
xalqın
özündən
gəlməli
idi
.
Daha
doğrusu
,
ona
öz
iradəsini
ortaya
qoymağa
imkan
yaradılmalı
idi
.
Yuxarıların
istəyi
hətta
dövlət
başçısının
səmimiyyət
dərəcəsinin
aliliyindən
də
asılı
olmayaraq
nəticə
etibarı
ilə
bəlli
bir
nöqtədən
qabağa
getməyəcəkdi
.
Atatürkün
həyatda
və
şöhrətin
zirvəsində
olduğu
1934-
cü
ildə
Əhməd
Ağaoğlu
özünün
də
qatıldığı
bu
siyasi
fars
və
illüziya
ilə
bağlı
fikirlərini
daha
kəskin
,
fəlsəfi
və
ümumiləşdirilmiş
şəkildə
(
ilk
dəfə
1950-
ci
ildə
,
Demokrat
Partiyasının
hakimiyyəti
dövründə
çap
edilmişdi
–
V
.
Q
.)
bildirmişdi
:
“
Ah
,
Şərqin
bu
riyakarlığı
!
Sözün
altında
gizlənərək
olmayanı
mövcud
,
xəyalı
gerçək
kimi
göstərməkdən
çəkinməmək
!
Bu
zavallı
ölkənin
bütün
bəlalarının
kökü
bu
qorxunc
ruh
xəstəliyindədir
.
Bizdə
Cümhuriyyətdən
ən
zəif
bir
nişanə
belə
yoxdur
.
Bizdəki
rejim
tam
mənası
ilə
bir
diktatorluqdur
ki
,
bunu
da
hamı
bilir
.
Ancaq
hər
şeyə
rəğmən
hamı
hürriyyətdən
,
Cümhuriyyətdən
bəhs
edir
,
hər
kəs
bizdə
azad
bir
Cümhuriyyət
qurulduğunu
söyləyir
,
iddia
eləyir
.
Məmləkətin
bir
başından
o
biri
başına
kimi
davam
edən
qarşılıqlı
bir
aldatma
!
Amma
eyni
zamanda
ortada
aldanan
da
yoxdur
.
Hər
kəs
içində
gülür
,
həm
özünə
,
həm
də
başqalarına
gülür
,
gülür
,
gülür
!
Bütün
məmləkət
gülür
,
zarafat
edir
,
özü
ilə
,
rejimi
ilə
,
Cümhuriyyət
deyib
bağıranlarla
zarafatlaşır
.
Ortada
nə
inanan
var
,
nə
iman
!
Nə
doğruluq
var
,
nə
səmimiyyət
!
Əhval
-
ruhiyyə
boşluğu
,
qəlb
boşluğu
,
ruh
boşluğu
işində
boş
bir
varlıq
yıxıla
-
dura
sürünür
,
həyəcansız
,
zövqsüz
,
eşqsiz
bir
halda
sürünür
.
Gərnəşərək
,
əsnəyərək
,
yarı
yuxulu
vəziyyətdə
,
günləri
,
ayları
,
illəri
saya
-
saya
sürünməyinə
davam
edir
...”
Bütün
nüfuz
və
böyüklüyünə
baxmayaraq
Əhməd
bəyin
fikrincə
Atatürk
də
həm
aldadanların
,
həm
də
aldananların
biri
,
bəlkə
də
birincisi
idi
.
Aldatması
özünü
demokratiya
görüntüsü
naminə
nəzarətdə
saxlanan
çoxpartiyalı
rejim
yaratmaq
niyyətində
göstərirdi
.
Aldanması
isə
adı
ilə
bağlı
partiyanın
ölkədəki
gerçək
mövqe
və
vəziyyətindən
xəbərsiz
olmasında
meydana
çıxırdı
.
Amma
bir
məsələ
də
vardı
ki
,
bu
acı
həqiqəti
söyləyərkən
Əhməd
bəy
özü
də
dünya
qədər
qədim
“
hökmdar
yaxşıdır
,
ətrafı
pis
”
səfsətəsindən
uzaqlaşa
bilməmişdi
.
Ya
da
Cümhuriyyət
qurucusunu
təmizə
çıxarmaq
istəmişdi
.
Ona
görə
də
“
Aldanan
,
qəflətdə
saxlanan
,
istismar
edilən
Odur
! –
deyə
Atatürkü
nəzərdə
tutaraq
yazırdı
. –
Ətrafında
ona
daxili
səmimiyyətlə
bağlı
neçə
adam
var
?
O
doğru
məlumat
ala
bilmir
.
Elə
düşünür
ki
,
məmləkətə
bunca
xidmət
göstərmiş
,
milləti
əsarətdən
qurtarmış
,
istiqlalını
təmin
etmiş
olan
firqə
xalqın
nəzərində
əvvəlki
kimi
qiymətli
və
əzizdir
”.
Sərbəst
Firqənin
təşkilinə
ölkədəki
bələdiyyə
seçkiləri
ərəfəsində
başlanmışdı
.
Əhməd
Ağaoğlu
yeni
siyasi
qüvvənin
həmin
seçkilərdə
iştirakının
əleyhinə
idi
.
Bu
partiyanın
təşkilatlanması
,
yerlərdə
özəklərini
yaratması
,
məqsəd
və
məramı
ilə
bağlı
xalq
arasında
geniş
təbliğat
aparması
zərurətindən
irəli
gəlirdi
.
Təcrübəli
qəzetçi
kimi
Əhməd
bəy
mətbu
orqanın
yaradılmasını
da
vacib
sayırdı
.
Digər
səbəb
isə
çoxları
ilə
müqayisədə
hakim
partiyadakı
vəziyyətə
daha
yaxşı
bələd
olması
ilə
bağlı
idi
.
Cümhuriyyət
Xalq
Partiyası
funksionerləri
cəmiyyətdə
o
qədər
mənfi
imic
qazanmışdılar
ki
,
Sərbəst
Firqəyə
yüksək
səviyyədə
xeyir
-
dua
verildiyi
bilinincə
,
insanlar
hər
şeyi
buraxıb
onun
arxasınca
gedəcəkdi
.
Atatürkün
ən
yaxın
adamlarının
,
xüsusən
yeganə
bacısının
yeni
partiyanın
rəhbərliyində
təmsil
olunması
xalqın
ciddi
islahat
və
dəyişikliklərlə
bağlı
ümidlərini
daha
da
qüvvətləndirirdi
.
Sərbəst
Firqənin
meydana
çıxması
narazı
vətəndaşlarda
ölkə
başçısının
etimadı
doğrultmayan
komanda
ilə
vidalaşması
təəssüratını
yaratmışdı
.
Göründüyü
kimi
, “
Tarix
təkrardan
ibarətdir
”
deyənlər
əsla
yanılmırlar
...
İzmir
hadisələri
və
Atatürklə
yeni
qarşıdurma
Yeni
partiyanın
varlığını
cəmiyyətə
çatdırmaq
məqsədi
ilə
Sərbəst
Firqə
rəhbərliyi
Atatürkün
xeyir
-
duası
ilə
avqustun
sonunda
ilk
dəfə
xalqın
arasına
çıxdı
.
Səfər
marşrutu
kimi
mövcud
daxili
siyasətdən
çox
da
məmnun
görünməyən
və
ziyalı
potensialı
ilə
tanınan
bir
bölgə
–
İzmir
şəhəri
seçilmişdi
.
İzmir
səfəri
Əhməd
bəyin
qüvvələr
nisbətində
baş
verəcək
dəyişikliklə
bağlı
gümanlarında
haqlı
olduğunu
aşkara
çıxardı
.
Sərbəst
Firqə
başçılarının
gəlişini
eşidən
on
minlərlə
şəhər
sakini
onları
sözün
əsl
mənasında
xilaskar
kimi
qarşılamışdı
.
İzmirdən
xanımına
məktubunda
Əhməd
bəy
təəssüratlarını
bölüşərək
yazırdı
: “
Dünəndən
bəri
İzmirdəyik
.
Xalqın
bizi
necə
qarşıladığını
görməli
idin
!
Dəniz
sahilinə
ən
azı
qırx
min
adam
gəlmişdi
.
Gəmimiz
hələ
uzaqda
ikən
bayraqlar
dalğalanır
, “
Yaşasın
Qazi
!”, “
Yaşasın
Fəthi
bəy
!”, “
Yaşasın
Sərbəst
Cümhuriyyət
!”
sədalarından
qulaq
tutulurdu
.
Saysız
-
hesabsız
qayıqlar
bizə
tərəf
şütüməkdə
idi
”.
Hakim
partiyanın
özbaşınalıqlarından
bezmiş
insanlar
hər
şeydən
öncə
ölkəyə
və
Atatürkə
kömək
məqsədi
ilə
Sərbəst
Firqəyə
üzv
olmaq
istəyirdilər
.
Şəhərdə
çıxan
beş
qəzetdən
dördü
dərhal
yeni
partiyanın
mövqelərinə
keçmişdi
.
Adamlar
axın
-
axın
otelə
gələrək
partiyanın
yerli
özəklərini
qurmaq
üçün
təlimat
istəyirdilər
.
İzmirdə
qalacaqları
günlər
ərzində
Fəthi
bəy
mitinqlərdə
çıxış
edəcəkdi
.
Əhməd
Ağaoğlu
isə
siyasi
liberalizm
haqqında
silsilə
mühazirələr
oxuyacaqdı
.
Yenidən
hərəkətli
,
fırtınalı
həyata
qayıtması
onu
sevindirirdi
.
Atatürkün
istəyi
ilə
qoşulduğu
hərəkatın
ölkənin
simasını
dəyişməsi
,
insanları
həqiqi
azadlığa
qovuşdurması
ilə
bağlı
ümidləri
qüvvətlənmişdi
. “
Mən
yaxşıyam
,
lap
yaxşıyam
, –
deyə
Əhməd
bəy
xanımına
yazırdı
. –
Mübarizə
həyatı
məni
xeyli
gəncləşdirib
.
Bu
hətta
Qazi
həzrətlərinin
gözünə
çarpdı
və
son
görüşdüyümüz
zaman
soruşduğu
“
Mübarizəniz
nə
haldadır
?”
sualının
qarşılığında
“
Əmr
edin
,
qalaları
bir
hücumla
alaq
”-
dedim
.
O
, “
Bəli
,
görürəm
,
cavanlaşmısan
.
Amma
qüvvəni
qənaətlə
sərf
etmək
daha
yaxşıdır
” –
dedi
və
təbii
ki
,
biz
də
böyük
komandanımızın
əmrinə
tabeyik
”.
Lakin
bu
eyforiya
çox
tezliklə
öz
yerini
dərin
kədər
və
sarsıntıya
verdi
.
İzmir
hadisələri
Sərbəst
Firqənin
həm
başlanğıcının
sonu
,
həm
də
sonunun
başlanğıcı
oldu
.
Xalqın
hakim
CXP
-
na
inamsızlığı
,
məmur
ordusuna
nifrəti
Atatürk
də
daxil
hakimiyyət
cəbhəsini
qorxuya
saldı
.
Fəthi
bəy
və
Əhməd
Ağaoğlu
şəhərə
ayaq
basdıqları
ilk
dəqiqələrdən
ən
müxtəlif
maneələrlə
üzləşdilər
.
Onlarla
eyni
hədəfə
vuran
müttəfiq
partiyanın
təmsilçiləri
kimi
deyil
,
yad
və
düşmən
ünsürlər
kimi
rəftar
olundu
.
İş
hətta
İzmir
küçələrində
qan
axıdılmasına
,
Əhməd
bəyin
yazdığı
kimi
, “
şekspirvari
dramlar
yaşanmasına
”
qədər
gedib
çıxdı
.
Çox
güman
ki
,
Ankaradan
təlimat
alan
yerli
hakimiyyət
orqanları
Sərbəst
Firqə
liderləri
ilə
hər
hansı
təmasdan
yayınırdılar
.
Vətəndaşların
fəallığından
qorxuya
düşən
polis
isə
“
Anadolu
”
qəzeti
mətbəəsinin
önündə
toplaşan
dinc
nümayişçilərə
atəş
açdı
.
Nəticədə
14
yaşlı
yeniyetmə
öldürüldü
.
Günahsız
uşağın
cəsədini
otelə
gətirən
nümayişçilər
onu
Fəthi
bəyin
ayaqları
altına
ataraq
“
Alın
,
bu
da
sizə
ilk
qurban
!
Amma
qurtarın
bizi
bu
zalımların
əlindən
!” –
deyə
hiddətlərini
bildirmişdilər
.
(
Faciəli
hadisədən
4
il
sonra
yaddaşına
hopmuş
təəssüratları
qələmə
alan
Əhməd
bəy
yazırdı
: “
Bilmirəm
,
Fəthi
bəy
bu
müdhiş
hadisəni
xatırlayırmı
?
London
səfarətxanasının
(
Sərbəst
Firqə
fəaliyyətini
dayandırdıqdan
sonra
o
,
Türkiyənin
Böyük
Britaniyada
səfiri
təyin
olunmuşdu
–
V
.
Q
.)
möhtəşəm
salonlarındakı
yumşaq
kresloda
əyləşib
Şekspirin
dramlarını
oxuyarkən
bu
İzmir
faciəsinin
xatirəsi
onu
ara
-
sıra
narahat
edirmi
?
Eyvah
!
Bu
yüksək
,
ilahi
iztirabları
duyacaq
qəlblərə
malik
olsaydıq
,
bizdə
də
o
iztirabları
təsvir
edə
bilən
Şekspirlər
yetişərdi
...
Biz
süd
qardaşlarını
bələkdə
boğduran
insanların
yetirmələriyik
.
O
məsumların
fəryadları
da
əvəzində
bizdəki
vicdan
səsini
boğmuş
,
bizi
əbədi
bir
lənətə
məhkum
etmişdir
”).
Hadisələrin
belə
şəkil
alması
“
xalqın
həm
çox
sevdiyi
,
həm
də
çox
qorxduğu
Qazi
” (
Əhməd
Ağaoğlu
)
üçün
xüsusilə
təəccüblü
idi
.
O
,
gözləmədiyi
yerdən
zərbə
almışdı
.
Xilaskarı
olduğu
insanların
,
qurduğu
Cümhuriyyətin
vətəndaşlarının
bu
dərəcədə
üzüdönük
çıxmasına
,
ilk
fürsətdə
onun
qurucusu
olduğu
partiya
ilə
üzülüşmək
istəyinə
inana
bilmirdi
.
Əhməd
bəyin
də
yazdığı
kimi
,
onun
izzəti
-
nəfsinə
toxunulmuşdu
.
Həm
də
dərindən
toxunulmuşdu
. (1930-
cu
il
Türkiyəsindəki
siyasi
qalmaqalı
ingilislərin
1946-
cı
il
parlament
seçkilərində
İkinci
Dünya
müharibəsində
Britaniyanın
qələbəsini
təmin
etmiş
Uinston
Çerçilə
etimad
göstərməmələri
ilə
müqayisə
etmək
mümkündür
.
Qərbdə
adi
sayılan
bu
hadisənin
şərqli
hökmdar
üçün
nə
qədər
sarsıdıcı
olduğunu
xatırlatmağa
isə
lüzum
yoxdur
–
V
.
Q
.).
Əlbəttə
,
prosesi
dayandırmaq
üçün
Atatürkün
bir
işarəsi
,
partiya
rəhbərlərinə
bir
sözü
kifayət
idi
.
Lakin
o
da
məhz
izzəti
-
nəfsini
qoruduğundan
belə
addım
atmağı
ağlına
gətirmirdi
.
Yəqin
ki
,
bunu
ən
azı
zəiflik
sayırdı
.
Bəlkə
də
demokratiya
havasına
uymuş
silahdaşlarının
,
həmfikirlərinin
özlərinin
ağıllanacaqlarına
, “
tövbə
yoluna
”
qayıdacaqlarına
ümid
bəsləyirdi
?
Amma
İzmirdə
baş
verənləri
eşitdikdən
sonra
Atatürk
hadisələrin
çox
uzağa
getdiyinin
fərqinə
vatmışdı
.
Bu
da
Sərbəst
Firqə
qurucularının
başı
üzərində
qara
buludların
sıxlaşmasına
gətirib
çıxarmışdı
.
1930-
cu
il
sentyabrın
22-
də
Məclisin
fövqəladə
toplantısı
keçirildi
.
Diqqəti
əsas
məsələdən
yayındırmaq
üçün
ölkə
iqtisadiyyatında
yaşanan
tənəzzül
və
valyuta
siyasəti
məsələsinin
müzakirəsi
gündəliyə
çıxarılmışdı
.
Əslində
isə
İsmət
İnönü
bələdiyyə
seçkiləri
ərəfəsində
hakim
Cümhuriyyət
Xalq
Partiyasının
güc
və
birliyini
bir
daha
sınaqdan
keçirmək
istəyirdi
.
Bu
iclasda
Sərbəst
Firqə
təmsilçiləri
millət
vəkili
həmkarlarının
soyuq
,
hətta
düşmən
münasibəti
ilə
üzləşmişdilər
.
Hətta
maliyyə
naziri
Şükrü
Saracoğlu
Əhməd
Ağaoğluna
məclis
tribunasından
çıxış
etməzdən
əvvəl
türkcəsini
təkmilləşdirməyi
məsləhət
görmüşdü
.
Həmin
günün
axşamı
Cankaya
köşkünə
,
Atatürkün
yanındakı
axşam
yeməyinə
dəvətlilər
arasında
Əhməd
bəy
də
vardı
.
Siyasi
liberalizm
ətrafında
başlanan
söhbət
zamanı
İnönünün
adamı
kimi
tanınan
CXP
baş
katibi
Rəcəb
Pekər
Sərbəst
Firqənin
təmsilçilərini
“
araqarışdıran
”
adlandırmışdı
.
Əhməd
bəy
söhbətə
müdaxilə
edərək
Atatürkün
təşəbbüsü
ilə
qurulan
partiyaya
“
araqarışdıran
”
deyilməsinin
məntiqə
sığışmadığını
və
siyasət
adamının
belə
münasibətindən
heyrətləndiyini
əsəbi
tonda
bildirmişdi
.
Atatürk
susaraq
söhbətə
qarışmamışdı
...
Oktyabrın
ilk
günlərində
keçirilən
bələdiyyə
seçkiləri
hakim
CXR
-
nın
qələbəsi
ilə
başa
çatmışdı
.
Mənəvi
üstünlük
isə
ciddi
maneələrlə
üzləşən
Sərbəst
Firqənin
tərəfində
idi
.
Digər
tərəfdən
,
hakim
partiyanı
qalib
elan
etmək
üçün
bir
çox
yerlərdə
sınanmış
üsuldan
–
inzibati
resurslardan
,
polisin
və
ordunun
gücündən
istifadə
olunmuşdu
.
Amma
istisna
hallar
da
vardı
.
Samsunda
səslərin
çoxunu
Sərbəst
Firqə
qazanmışdı
.
Bu
,
Atatürkə
Əhməd
bəyin
şəxsində
Sərbəst
Firqə
liderlərinə
sataşmaq
üçün
yeni
bəhanə
vermişdi
.
Seçkilərdən
az
sonra
Cankaya
köşkündə
təmsil
etdiyi
partiya
haqqında
tikanlı
sözlər
eşidən
Əhməd
Ağaoğlu
özünü
saxlaya
bilməyərək
“
Həm
məğlub
olmaq
,
həm
də
lağ
hədəfinə
çevrilmək
çox
acı
şeydir
,
paşam
!” –
deyə
etirazını
bildirəndə
Atatürk
“
Amma
baxınız
,
Samsunda
qazandınız
”
sözləri
ilə
söhbətin
yönünü
dəyişməyə
çalışmışdı
.
Dialoqun
davamının
yaxşı
heç
nə
vəd
etmədiyini
bilsə
də
,
Əhməd
bəy
susmamışdı
.
Tənəli
atmacaların
müqabilində
demişdi
:
“
Paşam
,
əgər
bütün
məmləkətdə
Samsun
valisi
kimi
qanuna
hörmətlə
yanaşan
bir
nəfər
də
tapılmasaydı
,
onda
halımıza
ağlamaq
lazım
gələrdi
.
İdarə
məmurları
hər
tərəfdə
belə
insanlar
olsaydılar
,
şübhə
etmirəm
ki
,
seçkilərdə
səslərin
dörddə
üçünü
biz
qazanardıq
”.
Daha
sonra
isə
süfrədə
oturan
Şükrü
Qayanı
(1927-1938-
ci
illərdə
Türkiyə
Cümhuriyyətinin
daxili
işlər
naziri
–
V
.
Q
.)
göstərərək
əlavə
etmişdi
: “
Bizim
bu
dostumuzu
görürsünüzmü
?
O
da
ustalıqla
hərəkət
edə
bilmədi
.
Hər
tərəfdə
polisi
,
jandarmanı
yalnız
bizə
qarşı
çıxardı
.
Heç
olmazsa
,
tərəfsizlik
görüntüsü
yaratmaq
üçün
bir
neçə
yerdə
də
CXP
əleyhinə
çıxarmalı
idi
”.
Təbii
ki
,
yumşaq
tərzdə
deyilsə
də
,
hədəfə
dəyən
bu
sözlərdən
sonra
Əhməd
bəyin
gözlədiyi
vəziyyət
alınmışdı
.
Atatürk
hirslənməyə
başlamışdı
:
“-
Əfəndi
!
Hər
tərəfdə
anarxiya
baş
alıb
gedir
, –
deyə
səsini
yüksəltmişdi
. –
Antalyada
komandanın
(
türkcə
orijinalda
“
komutan
”.
Çox
güman
ki
,
bölgənin
jandarma
rəisi
nəzərdə
tutulur
–
V
.
Q
.)
başını
skamya
ilə
vurub
əziblər
.
Bu
komandan
çox
böyük
və
səbrli
adammış
.
Onun
yerinə
mən
olsaydım
,
bir
pulemyot
gətirib
oradakıların
hamısını
biçdirərdim
.
Başqa
yerlərdə
də
buna
bənzər
hadisələr
baş
verib
.
–
Paşam
,
komandanın
seçki
məntəqəsində
nə
işi
vardı
?
–
Anarxiyanın
qarşısını
almaq
üçün
getmişdi
.
–
Xeyr
!
Anarxiya
onun
seçki
məntəqəsinə
gəlişi
nəticəsində
yaranmışdı
.
Qazi
Mustafa
Kamal
Paşa
Cümhuriyyət
qurub
.
Bu
Cümhuriyyətin
əsaslandığı
prinsiplər
xalqa
seçki
haqqı
tanıyır
.
Xalq
səlahiyyətindən
istifadə
etmək
üçün
seçki
qutusunun
başına
gəlir
.
Amma
qarşısında
silahlı
qüvvələri
görür
.
Çarpışma
təbiidir
”.
Eşitdiyi
sözlər
Atatürkü
haldan
çıxarmışdı
.
Ev
sahibi
olduğunu
unudaraq
Əhməd
bəyi
hiddət
və
qəzəbinin
gücü
ilə
yerində
oturtmağa
çalışmışdı
: “
Əfəndi
!
Anarxiya
var
,
anarxiya
!
Sizin
heç
nədən
xəbəriniz
yoxdur
.
Qəflətdəsiniz
.
Hələ
üstəlik
belə
vəziyyətdə
məndən
tərəfsiz
qalmağımı
istəyirsiniz
!”-
deyə
bağırmışdı
.
Göründüyü
kimi
,
Atatürk
Sərbəst
Firqə
ilə
bağlı
narazılığını
növbəti
dəfə
status
baxımından
partiyanın
daha
yüksək
rütbəli
funksionerləri
olan
Fəthi
Okyar
və
Nuri
Conkerə
deyil
,
rəhbər
üçlükdə
sayılan
Əhməd
Ağaoğluna
çatdırmışdı
.
Bu
rəftar
təkcə
onun
gənclik
illərindən
tanıdığı
silah
yoldaşlarının
xətirlərinə
dəymək
istəməməsi
anlamında
başa
düşülməməlidir
.
Sadəcə
,
Əhməd
bəy
aramsız
həqiqət
axtarışları
,
doğruluq
və
prinsipiallığı
ilə
hər
zaman
atəşi
öz
üzərinə
çəkirdi
.
Vəziyyətin
böhran
həddinə
çatdığı
bu
mübahisədə
də
sona
qədər
getmişdi
.
Atatürkün
ittihamları
qarşısında
geri
çəkilməyərək
bir
tərəfdən
onun
özü
və
ailəsi
üzərində
böyük
haqq
-
sayını
etiraf
etmiş
,
digər
tərəfdən
isə
iradəsi
ilə
qoşulduğu
bu
siyasi
oyundan
şərəfini
qoruyaraq
çıxacağını
bəyan
etmişdi
. “
Sərbəst
Firqə
xatirələri
”
ində
çoxsaylı
qonaqların
gözü
qarşısında
Atatürkə
dediyi
aşağıdakı
sözləri
olduğu
kimi
misal
gətirmişdi
:
“
Paşam
,
belə
olan
halda
aramızda
dəhşətli
bir
anlaşılmazlıq
var
.
Məni
Sərbəst
Firqəyə
gətirən
zati
-
dövlətinizdir
.
Özünüz
o
zaman
dediniz
: “
Yeni
qurduğumuz
Cümhuriyyət
bir
şeyə
oxşamır
.
Mən
fani
insanam
.
Ölmədən
əvvəl
bu
milləti
həqiqi
hürriyyətə
alışmış
görmək
niyyətindəyəm
.
Bundan
ötəri
isə
müxalif
firqənin
olması
lazımdır
.
Firqəni
də
inandığım
adamların
əllərinə
tapşırmaq
istəyirəm
.
Amma
yazıqlar
olsun
ki
,
onlar
da
tərəddüd
edirlər
.
Nəticədə
biz
firqəyə
girdik
.
İndi
görürəm
məsələni
yaxşı
anlamamışam
.
Altmış
iki
yaşım
var
.
Onun
ən
azı
40
ilini
qüvvəm
və
bacarığım
daxilində
türk
millətinə
xidmətdə
keçirmişəm
.
Artıq
məzarımla
aramda
bir
neçə
addım
məsafə
qalmışkən
bu
milləti
anarxiyaya
sürükləyənlərdən
biri
kimi
qələmə
verilirəm
.
Bundan
başqa
zatı
-
dövlətinizi
öz
xilaskarım
sayıram
.
Məni
Malta
əsarətindən
qurtardınız
.
Bura
gəldim
.
Sayənizdə
məmləkətin
sayılan
adamlarından
biri
oldum
.
Çoluq
-
cocuğum
yeni
Vətən
tapdı
,
gələcəklərini
təmin
etdilər
.
İndi
isə
elə
təsəvvür
yaranır
ki
,
mən
həm
türk
millətinə
xəyanət
edir
,
həm
də
xilaskarıma
qarşı
çıxıram
.
Bu
vəziyyət
mənim
üçün
çox
ağırdır
.
İcazə
verin
,
özümü
qurtarım
”.
Atatürk
“
xilas
”
yolunun
şəkli
və
mahiyyəti
ilə
maraqlananda
Əhməd
bəyin
peşimançılıq
hissi
keçirərək
aman
diləmədiyi
,
əksinə
,
yenə
də
əvvəlki
mövqeyində
qaldığı
bəlli
oldu
: “
Əmrinizlə
girdiyim
yeni
Firqədən
çıxmayacağam
.
Belə
etsəm
bunu
öz
heysiyyətim
üçün
bir
alçaqlıq
sayardım
.
Amma
siyasi
həyatdan
çəkilərəm
.
Millət
vəkilliyindən
imtina
edərəm
.
Sırf
müəllimliklə
məşğul
olaram
”.
Bu
sözlər
Sərbəst
Firqənin
ömrünü
daha
bir
ay
uzatmış
,
ona
qarşı
çevrilən
təhdidləri
bir
qədər
yumşaltmışdı
.
Atatürk
həmin
axşam
səsinin
tonunu
növbəti
dəfə
dəyişərək
az
qala
Əhməd
bəyin
qarşısında
üzrxahlıq
etmişdi
. “
Belə
məlum
olur
ki
,
mənim
verdiyim
sözə
şübhə
ilə
yanaşırsan
,-
demişdi
. –
Qoy
burada
oturanlar
yenə
şahid
olsunlar
.
Fəthi
bəyə
,
Nuri
bəyə
,
sənə
,
bütün
arkadaşlara
bir
namus
borcum
var
.
Eşidirsinizmi
?
Hamınız
şahid
olun
:
namus
borcum
var
!
Bir
də
siz
nə
etdiniz
ki
?
Sadəcə
Vətən
qarşısındakı
borcunuzu
yerinə
yetirdiniz
.
Ona
görə
də
tam
əmin
-
arxayın
ola
bilərsiniz
.
Seçki
zamanı
baş
verən
hadisələrə
gələndə
isə
bu
harada
olmur
?
Avropada
bundan
betərləri
də
olur
”.
Söhbət
bu
notlar
üzərində
bitsəydi
,
yəqin
ki
,
bir
millət
atası
kimi
Atatürkün
mənəvi
qələbəsindən
,
müdriklik
və
nəcibliyindən
danışmaq
olardı
.
Lakin
çağdaş
Türkiyənin
həyatına
gətirdiyi
bütün
yeniliklərə
baxmayaraq
onun
da
daxilində
ənənəvi
bir
Şərq
diktatoru
uyuyurdu
.
Bu
diktator
isə
hec
vəhclə
sözünün
qarşısında
söz
deyilməsinə
,
kiminsə
öz
ləyaqət
və
şərəf
hissini
onun
hökmdar
iddialarından
üstün
tutmasına
təhəmmül
edə
bilməzdi
.
Ona
görə
də
istənilən
halda
son
söz
hüququnu
özündə
saxlamalı
,
sonuncu
gülən
özü
olmalı
idi
...
Böyük
adamın
kiçik
qisası
Məhz
belə
bir
düşüncənin
təsiri
altında
o
gecə
Əhməd
Ağaoğlunun
da
Cankaya
köşkündən
daxilən
rahatlanmış
bir
halda
ayrılmasına
imkan
verilməmişdi
.
Bir
neçə
gün
əvvəl
(12
oktyabr
1930-
cu
il
) “
Yarın
”
qəzetində
tanınmış
türk
alimi
,
Cümhuriyyət
dövründə
İstanbul
universitetinin
ilk
rektoru
olmuş
İsmayıl
Haqqı
Baltaçıoğlunun
(1886-1978) “
Bizim
tapdığımız
Mustafa
Kamal
”
adlı
məqaləsi
çap
edilmişdi
.
İsmayıl
Haqqı
həm
də
Sərbəst
Firqənin
İstanbul
təşkilatının
rəhbəri
idi
.
Çox
güman
,
bu
səbəbdən
də
Atatürkü
partiya
mənsubiyyət
və
maraqlarından
daha
üstün
tutduğunu
bildirərək
“
Mən
Cümhuriyyət
Xalq
Firqəsi
rəisi
Qazini
deyil
,
məmləkəti
qurtaran
Mustafa
Kamalı
sevirəm
” –
deyə
bəyan
etmişdi
.
Tərif
dolu
yazıda
xilaskar
Atatürk
Mikelancelo
,
Delakrua
,
İngres
kimi
yaradıcı
şəxsiyyətlərlə
müqayisə
olunurdu
. “
Türk
qövmünün
istiqbalını
yaradan
və
Türk
istiqbalında
Türk
millətinə
əbədi
rəhbər
olmaq
istedadını
və
qüvvəsini
mühafizə
edən
Mütləq
Mustafa
Kamal
”
kimi
dünya
tarixinə
düşdüyü
bildirilirdi
.
Qonaqlar
süfrə
arxasına
keçməmişdən
əvvəl
salonda
xarici
işlər
naziri
Tofiq
Rüşti
Arasla
bilyard
oynayan
Atatürk
özünü
guya
əhəmiyyətsiz
bir
şeydən
danışırmış
kimi
göstərərək
Əhməd
bəydən
yazını
oxuyub
-
oxumadığını
soruşmuşdu
.
Həmişəki
kimi
sözün
doğrusunu
söyləyən
Əhməd
bəy
oxuduğunu
və
bəyənmədiyini
demişdi
.
Səbəbini
isə
belə
izah
etmişdi
: “
Müqayisələri
bəyənmədim
.
Yan
-
yana
gətirilmələri
imkansız
olan
insanlar
arasında
müqayisə
aparmaqda
məna
görmədim
”.
Partiya
mövzusundakı
mübahisə
qurtardıqdan
xeyli
sonra
Atatürk
birdən
-
birə
(
hərçənd
belə
şəxsiyyətlər
heç
nəyi
spontan
etmirlər
,
hər
şey
əvvəlcədən
düşünülmüş
məqsədə
tabe
tutulur
)
İsmayıl
Haqqının
məqaləsini
və
Əhməd
bəyin
yazı
ilə
bağlı
mənfi
rəyini
xatırlamışdı
.
Sən
demə
məqalə
Qazinin
özünün
də
xoşuna
gəlməyibmiş
.
Onun
tarşırığı
ilə
özəl
qələm
müdiri
Rəşid
Qalib
bəy
(
Sərbəst
Firqə
üzvü
idi
, 1932-1933-
cü
illərdə
maarif
naziri
olmuşdu
–
V
.
Q
.)
cavab
yazmışdı
.
Lakin
İsmayıl
Haqqı
bəy
mübahisə
açmaq
istəməmişdi
.
Əhməd
bəyin
yazdığına
görə
İsmayıl
Haqqının
susması
mübarizədən
xoşlanan
Atatürkü
əsəbiləşdirmiş
,
ikinci
məqalə
də
hazırlanmışdı
: “
Qazinin
əmri
ilə
bu
ikinci
məqalə
gətirilərək
oxundu
.
Başdan
başa
küfr
və
təhqirlə
dolu
idi
.
Qazi
“
Məni
müdafiə
üçün
bu
yazını
imzalarsanmı
?”-
deyə
soruşdu
.
Ətrafa
baxdım
.
Hər
tərəfdən
mənə
“
bəli
”
cavabı
verməyi
tövsiyə
edirdilər
.
Həqiqətən
də
o
anda
başqa
yol
yox
idi
.
Çox
içilmiş
,
bütün
müvazinətlər
pozulmuşdu
. “
Bəli
,
imzalayaram
” –
dedim
.
Qazi
dərhal
qələm
və
mürəkkəb
gətirilməsini
əmr
etdi
və
məqaləni
mənə
imzalatdı
”.
O
gecənin
iztirabları
bununla
qurtarsa
dərd
yarı
idi
.
Amma
Atatürkün
mənəvi
işgəncə
ilə
bağlı
daha
mükəmməl
planları
varmış
.
Sonra
o
,
Əhməd
bəyə
iki
teleqram
mətni
diqtə
etmişdi
.
Hər
ikisini
də
öz
xətti
ilə
yazmasını
istəmişdi
.
Teleqramlardan
biri
Sərbəst
Firqənin
başçısı
Fəthi
Okyara
ünvanlanmışdı
.
Bu
teleqramda
Əhməd
bəy
rəhbərlikdə
təmsil
olunan
şəxs
kimi
İsmayıl
Haqqının
dərhal
partiyadan
istefa
verib
universitetə
dönməsini
tələb
edirdi
.
İkincisində
isə
az
əvvəl
imzaladığı
cavab
yazısının
çapını
gözləmədən
məqalə
ilə
bağlı
hiddət
və
qəzəbini
müəllifə
çatdırırdı
. “
Qazi
nə
söylədisə
,
eynən
yazdım
, –
deyə
Əhməd
bəy
xatirələrində
etiraf
edirdi
. –
Bəzən
ifadələri
çox
kəskin
saydığımdam
dayanırdım
.
O
dəqiqə
hər
iki
tərəfimdə
oturanlar
böyrümü
dümsükləyərək
yazmağımı
istəyirdilər
”.
Bu
məqamda
Əhməd
bəyi
ittiham
etmək
işin
ən
asan
tərəfidir
.
Amma
yaddan
çıxarılmamalıdır
ki
,
Cümhuriyyətdə
saray
ab
-
havasının
bərpasına
qarşı
ən
barışmaz
şəkildə
çıxanlardan
biri
məhz
o
olmuşdu
.
Yəqin
ki
,
detallarına
qədər
düşünülən
cəza
da
ilk
növbədə
bu
sərbəst
düşüncəyə
görə
verilirdi
.
Səhərə
yaxın
evinə
dönən
Əhməd
dərin
sarsıntı
içərisində
idi
: “
Bir
dəqiqə
çimir
edə
bilmədim
.
Duyduğum
mənəvi
əzab
məni
yandırıb
-
yaxırdı
.
İsmayıl
Haqqı
bəyi
təmiz
,
hörmətə
layiq
bir
şəxs
kimi
tanıyırdım
.
Sərbəst
Firqəyə
də
özü
gəlmişdi
.
Bu
hərəkəti
sadəcə
Vətən
eşqi
,
azadlığa
məhəbbəti
naminə
etdiyinə
inanırdım
.
Belə
halda
ona
qarşı
çıxmağımı
özümə
mənəvi
ölüm
sayırdım
”.
(
Ardı
var
)
Bizi İnstagramda izləyin
Bölmənin digər xəbərləri
Qayıdış ideologiyasının ziyalı imzası
06.07.26
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
06.07.26
Musiqinin dahisinə - Dato Kençiaşvili
04.07.26
Yazıçılar və personajları
03.07.26
Muzeylər gözəllik və bilik məbədidir - Telman Orucov yazır
03.07.26
Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
03.07.26
Sosial medianın üstünlükləri və mənfi cəhətləri
03.07.26
Teatr adamı - Telli Pənahqızı yazır
03.07.26
Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
03.07.26
Bir səfirin manifesti və iki dövlət
03.07.26
Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
03.07.26
Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
02.07.26
Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
01.07.26
Pis rəsm - Məryəm Bağırova yazır
30.06.26
Futbolun yaratdığı hekayə - Əbülfəz Süleymanlı yazır
30.06.26
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.