Vətəndir insanın gözünün nuru,
Sən onu hər zaman canıntək qoru!
Böyükdən-kiçiyə hamı ürəkdən
Gərək anamızdır, söyləsin, VƏTƏN.
Vətənin layiqli övladı olaq,
Yurdsuzun pis gündə göz yaşına bax!
Ata nəsihəti eşitsən əgər,
Ömür - gün fərəhlə, sevinclə ötər.
Elinə, obana dayağ olmasan,
Tək-tənha yaşamaq deyildir asan.
Vətəndə özünə yurd qur, yuva qur,
Ömrünü kişitək yaşa, başa vur!
Miriqbal NURİ
Cəlilabad