- Cənab səfir, Azərbaycanın Xocalı şəhərində baş vermiş dəhşətli hadisələrdən 23 il ötdü. Dövlətiniz erməni təcavüzünün tanınması üçün “Xocaliya Ədalət” adlı beynəlxalq kampaniyaya start verib, Yunanıstanda ilk dəfə olaraq bir neçə şəhərdə bu kampanıya keçirilib. Yüzlərlə tələbə və sakin ictimai şəkildə öz dəstəklərini ifadə ediblər. Bu şəhərlərdən biri də Xalkida şəhəridir. Xalkida şəhəri sakinləri, xüsusilə gənclər bu hadisələrlə bağlı nəinki məlumatlanmağa xüsusi maraq göstərdilər, həmçinin “Xocalıya Ədalət” kampaniyasını fəal şəkildə dəstəklədilər. Sizi dəstəkləyənlərə nə demək istərdiniz?
- İlk növbədə Xalkida və Eviyadakı dostlarımıza, tələbələrə, jurnalistlərə və gözəl diyarınızın sakinlərinə “Xocalıya Ədalət” kampaniyasını dəstəklədikləri üçün dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı üçün, xüsusilə Xocalı faciəsi qurbanları və onların ailələri üçün bu hadisə böyük mənəvi əhəmiyyətə və psixoloji səciyyəyə malikdir. Belə ki, bu cinayətin cəzasız qalmayacağını bilməyə ehtiyac duyurlar.
Çoxəsrlik tarixi dövründə yunan cəmiyyəti də bu cür hadisələrlə üzləşmiş, ağır sınaqlardan çıxmışdır. Millətindən asılı olmayaraq ədalət və soyqırım dözülməzliyinin ifadəsi sizdə köklü bir hissiyyatdır.
- 24 fevralda “İANOS” kitab evində Azərbaycan dilindən Yunan dilinə tərcümə olunmuş ilk romanın təqdimatı keçirildi...
- Xocalı faciəsinin ildönümü ilə eyni zamanda yunan dilinə tərcümə olunmuş ilk Azərbaycan romanının, Anarın “Gavrilidis” nəşriyyatında çap olunmuş romanının təqdimatını etdik. Bu iki hadisənin üst-üstə düşməsi simvolik səciyyə daşıyır-mədəniyyət özü barbarlığa qarşı mübarizə aparmalıdır. “Təhminə” romanı yazıçı Anarın ən məhşur əsərlərindən biridir. Azərbaycan dilindən yunan dilinə ilk tərcümə olunmuş romanın nəşri Azərbaycan-Yunanıstan əlaqələrinin, xüsusilə mədəni əlaqələrinin inkişafının, prespektivlərinin göstəricisidir.
Bu da xalqlarımızın bir-birinin tarixi, adət-ənənələri, mədəniyyətləri ilə tanış olmaq marağından irəli gəlir. Biz dost xalqlar olmaqla yanaşı, hər iki xalqın adətlərində oxşar xüsusiyyətlər də çoxdur. Bu da öz növbəsində qarşılıqlı marağın yaranmasına səbəb olur. Azərbaycan daim Yunanıstana, yunan tarixinə, mədəniyyətinə maraq göstərmişdir, son illər isə bu maraq nəzərə çarpacaq dərəcədə artmışdır. Yunanıstanda da Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, musiqisi və müasir həyatına maraq müşahidə olunur. Bu da aydın məsələdir, çünki Azərbaycan Qafqaz regionunda dinamik inkişaf edən, zəngin mədəni ənənələrə söykənən, stabil iqtisadiyyata malik, müstəqil və nizamlı xarici siyasət yürüdən bir ölkədir. Ölkədə etnik və dini tolerantlıq mühiti formalaşmışdır.
Beləliklə, yunanca nəşr olunan ilk Azərbaycan romanı Azərbaycan-Yunanıstan mədəni əməkdaşlağında tədqirəlayiq hadisədir.
- Yazıçı Anar haqda fikirlərinizi bölüşün.
- Çox şadam ki, yunan oxucusunun tanıdığı ilk Azərbaycan yazıçısı Anardır. Anar dramaturq, ssenarist və yazıçıdır. 1938-ci il martın 14-də Bakıda, yazıçı ailəsində anadan olmuşdur. Ədəbi fəaliyyətə çox erkən yaşlarında, 14 yaşında başlamışdır. Həyatının 76 ilindən 60 ilini ədəbi fəaliyyətə, roman, hekayə, oçerk və məqalələr yazmağa həsr etmişdir. Onun əsərləri dünyanın 20-dən çox ölkəsində, 32 dildə dərc olunmuşdur. Bu səbəbdən də səmimi qəlbdən çox şadam ki, bu siyahıya Yunanıstan da əlavə olundu. Anardan savayı Azərbaycan ədəbiyyatında ikinci şəxs tapılmaz ki, onun əsərləri geniş miqyasda tez-tez dünya arenasında çap olunsun. Ona görə ki, onun əsərləri dövrün ictimai aktual problemlərini bəşəri hisslərlə vəhdətdə verir.
Anar yalnız məhşur yazıçı deyil, o həm də milli dəyərdir. Azərbaycanlılar Ermənistandan qovulanda, 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazilərinə iddia qaldıranda Anar həmvətənlərinin haqqlarını müdafiə edən, Vətənin azadlığını, müstəqilliyini tələb edən ilk ziyalılardan biri oldu. 1987-199-ci illərdə, keçmiş Sovet rəhbərliyi nəinki ermənilərin Azərbaycan ərazilərinə təcavüzünü gizlədirdi, həm də 1990-cı ilin yanvar ayında Azərbaycanda baş qaldıran azadlıq hərəkatını boğmaq üçün Bakıya ordu yeritmişdi. Bu çətin şəraitdə Anar Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran ziyalıların başında dururdu.
- Romana necə rəy bildirərdiniz?
- “Təhminə” romanı təkcə Azərbaycan oxucusunun ən sevimli əsərlərindən deyil. Roman Asiya və Avropa ölkərində də sevilən əsərlərdəndir. 10 dilə tərcümə olunmuş və böyük tirajlarla nəşr olunmuşdur. Bu gün bu roman yunan oxucusuna çatdırılır. Yunan oxucusu bu roman sayəsində 20-ci əsrin 70-ci illəri Bakı həyatı və adət-ənənələri ilə tanış olacaq, qəmli sevgi hekayəsi, dostluq, inam, xəyanət kimi cəhətləri görəcək.
Kitabsevərləri bu əsəri əldə etməyə çağırıram.