
Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Azıx MMC şirkəti tərəfindən hazırlanan Hacıqabul və Neftçala şəhərlərinin Baş planlarının işlənilməsi başa çatdırılıb.
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 19.06.2015-ci il tarixli 117 nömrəli sərəncamı ilə Hacıqabul şəhərinin Baş planı və Neftçala rayon İcra Hakimiyyəti başçısının 23.06.2015-ci il tarixli 65 nömrəli sərəncamı ilə Neftçala şəhərinin Baş planı təsdiq olunub.



