“Azərbaycan Dəmir Yolları” QSC Keşlə-Yalama xəttində elektrik qatarlarının hərəkətinin bərpası ilə bağlı hazırlıq işləri görür.
Bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
O bildirib ki, hazırda Bakı-Sumqayıt dəmiryolunda əsaslı təmir işləri görülür:
“Təmir işləri başa çatdıqdan və Bakı-Sumqayıt xətti istismara verildikdən sonra Keşlə-Yalama xəttində qatarların hərəkət qrafiki müəyyənləşəcək".
N.Əzməmmədov qeyd edib ki, bu məqsədlə “Azərbaycan Dəmir Yolları” Riqada hər biri 4 vaqondan ibarət 5 elektrik qatarı almaq niyyətindədir:
"Onlardan 3-ü artıq Bakıdadır: qatarlar texniki baxışdan və sınaqdan keçirilir. Daha 2-si sonra gələcək.
Keşlə-Yalama marşrutu üzrə tariflərdə dəyişiklik olmayacaq”.