Türkiyənin Star televiziya kanalında yayımlanan "Yetenek sizsiniz Türkiye" proqramının ikinci turunda 8 yaşlı Yusif bütün zalı özünə heyran edib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Rihannanın mahnısını oxuyan Yusif maraqlı cavablarıyla da münsiflərin və auditoriyanın diqqətini çəkib. Aparıcı Acun İlicalının Yusifin ata anasını görmək istəyi isə ortaya bəzi faktlar çıxarıb. Anasının dediyinə görə, həkimlər Yusifin beynindəki şişi götürə bilmədikləri üçün o, 4 dəfə beyin əməliyyatı keçirib.
Hər kəsin göz yaşı və heyranlıqla izlədiyi Yusif növbəti mahnını oxuduqda bütün zal da ona qoşuldu.