Bu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutun həbsdə olan sədri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, prosesdə A. Yunusun ev dustaqlığına buraxılması barədə şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar qəbul edib.