|
|
|
|

İran Suriyada toqquşmaları dayandıracaq, ölkənin ərazi bütövlüyünü qoruyacaq və xalqın tələblərini qarşılayacaq hər planı dəstəklədiyini bildirib.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, vitse-prezidenti Məhəmməd Rza Rəhimi Tehranda rəsmi səfərdə olan Suriyanın baş naziri Vali Əl Hələki ilə görüşüb.
Rəhimi görüşdə Suriyanın böhran və problemləri həll edəcəyinə inandığını söyləyib və bu ölkənin xalqının zəfərə nail olacağını vurğulayıb.
Ölkəsindəki inqilabın ilk günlərindən etibarən Suriya ilə əlaqələrin dostcasına və səmimi şəkildə inkişaf etdiyini söyləyən Rəhimi "İran xalqı Suriyanın müqəddəs müdafiə (İran-İraq müharibəsi) dövründəki dəstəyini və davranışını heç vaxt unutmayacaq" deyib.
İranın vitse-prezidenti iki ölkənin kənd təsərrüfatı və neft sahəsi başda olmaqla bütün sahələrdəki əlaqələri gücləndirmənin rihaf və əmin-amanlıq baxımından əhəmiyyətini qeyd edib.



