Fövqəladə Hallar Nazirliyinin helikopteri bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib.
525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.
Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaqr.