https://525.az/img/pics/medium/2024-05/312959_5jwodb5ftj.png "Keçmiş tələbələrimiz bu gün auditoriyaya müəllim kimi daxil olurlar"
https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/312904_in59prssad.jpg Musiqi mədəniyyətimizin unudulmaz nümayəndəsi
https://525.az/img/pics/medium/2023-02/257825_fkw0ywfftr.jpg Fəhləlikdən elmin zirvəsinə doğru
search
8 May 2024

2015-ci ilin ən yaxşıları

2015-ci ilin ən yaxşıları
Dünən Gənclər və İdman Nazirliyi 2015-ci ilə yekun vurub.

Apasport.az saytının verdiyi məlumata görə, “Fairmont” otelində təşkil edilən təntənəli mərasimdə ən yaxşılarının adları məlum olub.
 
Tədbirdə həmişəki kimi ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası, digər nominasiyaları üzrə qaliblər mükafatlandırılıblar.
 
“Qızıl onluq”:
 
Elvin Məmişzadə (boks, Avropa Oyunlarının qalibi və dünya çempionu)
 
Boyanko Kostova (ağır atletika, dünya çempionu və dünya rekordçusu)
 
Mariya Stadnik (güləş, Avropa Oyunlarının qalibi və dünya çempionatının mükafatçısı)
 
Rəsul Çunayev (yunan-roma güləşi, Avropa Oyunlarının qalibi və dünya çempionu)
 
Hacı Əliyev (sərbəst güləş, Avropa Oyunlarının bürünc mükafatçısı və dünya çempionu)
 
Oleq Stepko (idman gimnastikası, Avropa Oyunlarının qalibi və dünya çempionatının bürünc mükafatçısı)
 
Toğrul Əsgərov (sərbəst güləş, Avropa Oyunlarının qalibi və dünya çempionu)
 
Radik İsayev (taekvondo, Avropa Oyunlarının qalibi və dünya çempionu)
 
Rafael Ağayev (karate, Avropa Oyunlarının qalibi və dünya çempionu)
 
İlham Zəkiyev (paracüdo, Avropa Oyunlarının qalibi və dünya çempionu)
 
İlin ən yaxşı məşqçiləri:

1. İbrahim İbrahimov (paracüdo)
2. Cəmşid Xeyrəbadi (yunan-roma güləşi)
3. Əsgərxan Novruzov (sərbəst güləş)
4. Mariana Vasilyeva (bədii gimnastika)
5. Nizami Paşayev (ağırlıqqaldırma)
6. Nəriman Abdullayev (boks)
7. Elnur Amanov (taekvondo)
8. Firdovsi Umudov (sərbəst güləş)
 
İlin ən yaxşı federasiyası: Azərbaycan Gimnastika Federasiyası
 
İlin idman yarışlarının ən yaxşı təşkilatçısı: Azərbaycan Güləş Federasiyası
 
İlin ən yaxşı idman təşkilatı: "Qəbələ" İdman Klubu (atıcılıq)
 
İlin ən yaxşı idman qurğusu: Su İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu
 
İlin ən yaxşı klub komandası: "Qarabağ" futbol klubu
 
İlin ən yaxşı komandası: Taekvondo, polo
 
İlin ən yaxşı hakimləri: Faiq Həsənov (şahmat), Rövşən Hüseynov (boks), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma), Yevgeniya Jidkova (bədii gimnastika)
 
İlin ən fəal veteranı: Yaşar Məmmədov (qılıncoynatma)
 
Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə beynəlxalq yarışlarda 823 medal (321 qızıl, 222 gümüş, 280 bürünc) qazanıb. Bu 2014-cü ildə qazanılanlardan 18 medal artqıdı. Bir il əvvəl 805 medaldan 275-i qızıl, 255-i gümüş, 275-i bürünc olmuşdu. İdmançılarımız olimpiya növlərində 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) əldə edib. 2014-cü ildə isə bu rəqəm 275-ə (89 qızıl, 80 gümüş, 109 bürünc) bərabər olub.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.