|
|
|
|
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi və tələbələri ilin son istirahət gününü Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıllarla birlikdə keçirib.
Universitetdən 525.az-a verilən məlumata görə, UNEC tələbələrinin təşəbbüsü ilə həyata keçən görüşdə çıxış edən rektor Ədalət Muradov ahılları 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib.
Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər ifa ediblər.
Ahıllar UNEC kollektivini və tələbələri özlərinin əl işləri ilə tanış edib, tələbələrə yeni başlayacaq qış imtahan sessiyasında uğurlar arzulayıblar.
C.ŞÜKÜROV