"Facebook" sosial şəbəkəsinin istifadəçiləri mobil messencer vasitəsi ilə "gizli" şahmat oynaya bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, oyuna başlamaq üçün nəzərdə tutulan rəqiblə yazışma bölməsini açaraq "@fbchess play" xüsusi komandasını tətbiq etmək lazımdır.
Komandanı tətbiq edəndən sonra oyun başlayır.