https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Droqba şoku

Droqba şoku

"Qalatasaray"ın 1,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi Didier Droqbanın komandası şok açıqlama yayıb. Çinin "Şanxay Şenxua" komandasının internet saytındakı açıqlamada Droqba ilə müqavilənin davam etdiyi və futbolçunun "Qalatasaray"la razılaşmaqla bu müqavilənin şərtlərini pozduğu bildirilib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "Klubumuz dərin bir şokdadır" sözlərinə yer verilən açıqlamada komandanın haqlarını qorumaq üçün FİFA-ya müraciət edəcəyi vurğulanıb.

"Qalatasaray"dan əldə edilən məlumatlara görə isə, Droqba 3 aydır maaşını ala bilmir və bu, ona müqaviləsini birtərəfli qaydada ləğv etmə haqqı verir.

FİFA-dan müvəqqəti müqavilə qərarının çıxacağına əmin olduğunu bildirən "Qalatasaray" prezidenti Ünal Aysal Droqbanın fevralın 12-də İstanbula gələcəyini söyləyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.