|
|
|
|

Əkrəm Əylislinin “Daş yuxular”ı Azərbaycanda son günlərin ən çox qalmaqal yaradan, ən çox mübahisələr doğuran bir əsər halına gəlib. Bunun da, heç şübhəsiz, bir çox səbəbləri var.
Yazıçı əsərin janrını “roman-rekviyem” kimi göstərir. Latıncası “Requiem aeternam dona eis, Domine” olan bu termin xüsusilə katoliq kilsələrində matəm və yas mərasimlərində xorla ifa edilən musiqi janrının adıdır. Ədəbiyyatda bu janrdan nadir hallarda istfadə olunur. Məsələn, ünlü rus şairi Anna Axmatova Stalin rejimi tərəfindən öldürülən insanlara həsr etdiyi əsərini “Rekviyem” adlandırıb.
Əkrəm Əylisli “Daş yuxular”ın əvvəlində yazır ki, əsər “özlərindən sonra ağlanılmamış acılar qoyub gedən həmyerlilərimin xatirəsinə həsr olunur”. (Posvəhaetsə paməti zemləkov moix, ostavivşix posle sebə neoplakannuö bolğ.) Kitabı oxumağa başlamazdan öncə bir sualla qarşılaşırsan – görəsən onun “ağlanılmamış acılar qoyub gedən həmyerliləri” kimlərdir? O kimlərə rekviyem oxuyur?
1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində Ermənistanda öldürülənlərəmi, namuslarını, şərəflərini qorumaq üçün özlərini qayalardan atan gız-gəlinlərimizəmi, qışın qarlı-boranlı vaxtında təqibdən qaçdıqları zaman dağlarda həlak olan soydaşlarımızamı, ata-baba torpaqlarından qovulan və hələ indiyə qədər çoxlarının yersiz-yurdsuz qaldığı insanlaramı, zəbt edilmiş, əsirlikdə qalan 7 rayonumuzdan didərgin düşmüş insanlaramı, yoxsa Qarabağ müharibəsində həlak olmuş 20 mindən çox şəhidlərimizə rekviyem oxuyur Əkrəm Əylisli? Bəlkə Dağüstü parkda günahsız uyuyan 20 Yanvar qırğının qurbanlarına rekviyem yazır Əkrəm Əylisli?
Əsəri oxuyanda görürsən ki, Əkrəm Əylisli “vəhşi azərilər və türklər” tərəfindən öldürülmüş ermənilərə – “insanlıqlarını itirmiş şəhərlilərin” gözləri önündə Parapetdə “yerazlar” tərəfindən öldürülən və hovuza atılan qoca erməniyə, azərbaycanlı qadınları tərəfindən döyülən, ölümcül hala salınan 14-15 yaşlı erməni qızına, “şuşalı yekəpər, əxlaqsız” Şahqacar Ərmağanovun balkondan atdığı Qreta Sərkisovnaya, vəhşi müsəlmanlar tərəfindən Əylisli kəndində dağıdılmış 7-8 kilsəyə rekviyem yazır.
Sual oluna bilər: azad yaradıcılıq prinsipi yazıçıya istədiyi mövzuda və janrda yazıb-yaratmaq imkanı vermirmi? Əlbəttə, verir. Niyə də verməsin ki. Ancaq bir şərtlə – yazıçının mənəvi-etik prinsiplərə uyması şərtiylə.
1988-1989-cu illərdə Ermənistanda və Qarabağda azəri türklərinə qarşı ermənilərin qəddarcasına misli görünməmiş soyqırımı, eləcə də Bakıda və Azərbaycanın digər yerlərində ermənilərə qarşı baş vermiş hadisələri heç kim inkar etmir. Bu gün 20 faiz torpağı işğal altında olan,1 milyondan çox qaçqını, köçkünü olan, bu qədər şəhidləri olan, ana-bacıları hələ də əsirlikdə qalan, itkin düşmüşlərindən hələ də bixəbər olan azərbaycanlıların taleyinə biganəlik təəssüf hissi doğurur. Bu acı bir həqiqətdir. Birmənalı olaraq öz doğma xalqını aşağılamaq, amma Azərbaycana qarşı uzun əsrlər boyu olmazın vəhşiliklərini etmiş, qırğınlar törətmiş torpaqlarını işğal etmiş bir xalqı əzilən, döyülən, məzlum və yazıq tərəf kimi göstərmək doğru yanaşma deyil. Ancaq iki milləti qarşılaşdıraraq birini yüksəltmək, o birisini, həm də öz millətini təhqir etmək, aşağılamaq yolverilməzdir. Ermənistanda aparılan etnik təmizləmə siyasəti nəticəsində ata-baba torpaqlarından vəhşicəsinə qovulan 200 mindən çox insana ikrah hissiylə “yeraz” damğası vuraraq aşağılayan yazıçıya nə demək olar? Əkrəm Əylislinin əsərinin əsas qəhrəmanlarından “tanınmış komik rollar ustası” Nüvariş Qarabağlının dilylə bu zavallı insanların ünvanına işlədilən təhqiramiz sözlər bizim insanlarımızın heysiyyatna, mənliyinə toxunmurmu? “Ə je qovoril vam, doktor: erazı. Eti sukinı bejenüı (?), pribıvşie iz Armenii. ( Mən burada, könüllü olaraq gəlmək mənasında və daha çox rəsmi dildə işlənən “pribıvşie” sözünə diqqəti çəkmək istəyirəm. Bu cümlədən belə çıxır ki,”bu köpək uşaqları qaçqınlar” qovulmamuş , öz arzularıyla gəlmişlər Azərbaycana. Əsərin başqa bir yerində Nüvariş, Saday Sadıqlını müalicə edən həkiminə deyir:” Doktor, gəlin içək və arzu edək ki, o (Saday Sadıqlı) bir daha hissiyyatsız(?) yerazlar kimi heyvanların pəncəsinə düşməsin” (Da, da, vıpğem, doktor, pojelaem, çtobı on bolğşe ne popadalsə v lapı zverey, podobnıx tem besçuvstvennım erazam.”)
Bu əsərdə “insanlıqdan uzaq olan, insanlıq sifətini” itirmiş yüz minlərlə bakılı da öz paylarını alırlar.” Odnako jiteli gtoqo qoroda, slovno sqovorivşisğ, staralis derjatğsə podalğşe ot toqo, çto nazıvaetsə çeloveçnostğö. Kazalos, im daje i nevıqodno stalo soxranətğ çeloveçeskoe liüo.”(Üslub baxımından nöksanlı olduğu üçün alıntını-sitatı rusca olduğu kimi verirəm–T.M.)
1988-1989-cu illərdə meydana toplaşan, küçələri dolduran sovet rejiminin milli və daxili siyasətinə etiraz səslərini yüksəldən insanların ünvanına deyilən bu sözləri necə dəyərləndirmək olar: “Seyças lödi xodili tolpami, stadami. İ polnovlastnoe pravo qovoritğ, kriçatğ i slavoslovitğ bılo dano lişğ gtim tolpam. İ ehe strannee bılo to, çto koliçestvo slov, kotorıe vıkrikivali gti suhestva, bılo ravno koliçestvu slov, kotorıe, navernoe, ispolğzovali vo vremə oxotı pervobıtnıe lödi.” Minlərlə insanı ova çıxmış ibtidai məxluqa bənzətmə, sən demə, təhqir deyil, tərif imiş Əylislinin aləmində.
Xalqın hər təbəqəsinə nifrət, kin püskürən Əkrəm Əylislinin hər müsahibəsində “romanda Azərbaycan xalqını aşağılayan heç bir ifadə yoxdur”(“Yeni Musavat” 01.02.2013) sözlərini necə qiymətləndirmək olar? Yazıçı görünür ya aşağılamağın, təhqirin nə olduğunu bilmir ( bəlkə də özünü o yerə qoyur!), ya da əsəri oxumayanları yanıltmaq istəyir. Bəlkə özünün yazdıqlarından xəbəri yoxdur, bəlkə işlətdiyi sözlərin semantik mənalarını unudub? Bütün bunları yazıçı bədii ədəbiyyatın özəllikləri kimi qələmə verir: “Bədii əsəri bədii əsər kimi oxumaq lazımdır. Bunu oxuya bilməyənlər sözsüz ki, bədii əsəri bədii əsər kimi qəbul etməyənlər bu əsərə qarşı hücuma keçirlər”. Bu sözlərdən belə çıxır ki, mətni doğru oxuya bilsəydik, aşağılamağı, təhqiri xoş sözlər kimi qəbul edər, azərilərin, türklərin erməniləri vəhşicəsinə öldürdüyü fikrini tam tərsinə ermənilərin bizlərə soyqırımı uyquladığı kimi anlayardıq. Əylislinin sözlərinə görə, əks təqdirdə “yaradıcı əməyin məhsulunu düşmən mövqe kimi qələmə verməyin adı siyasətdir. Bunun ədəbiyyata heç bir dəxli yoxdur”. Mirzə Cəlil demiş, “Bu boyda qələt olmaz!” Əkrəm Əylisli mətnə rəy yazan Lev Annenskiyin bu sözlərini görəsən necə dəyərləndirir: “Əkrəm Əylislinin “Daş yuxular” roman-rekviyemi sadəcə bədii mətin deyil, bu, xalqının namusu və qüruru naminə acı həqiqətləri qorxmadan dilə gətirən əsl vətənpərvər yazıçının çox cəsur hərəkətidir”. (“Roman-rekviyem Akrama Aylisli “Kamennıe snı” — ne prosto xudojestvennıy tekst, gto isklöçitelğno smelıy postupok pisatelə — istinnoqo patriota, radi çesti i dostoinstva svoeqo naroda ne straşaheqosə qovoritğ qorğkuö pravdu”.) Bu, yazıçının ünvanına deyilən yalançı tərif, siyasət deyil, bəs nədir? 50 ildir ədəbiyyatın içində olan yazıçı məgər bilmir ki, “özlərindən sonra ağlanılmamış acılar qoyub gedən həmyerlilərinə” rekviyem yazmağın özü başdan ayağa siyasətdir?
Əsərin bədii özəllikləri də birmənalı deyil. Romanın baş qəhrəmanı – “Azərbaycan teatrının bir nömrəli dahi ustası”, “əlli yaşında olmasına baxmayaraq, özünü 10 yaşında uşaq kimi aparan” və teatrda, çayxanada həmişə “ermənilər yox, biz özümüz pisik” deyən Saday Sadıqlı obrazının təhlili ayrı bir yazının mövzusudur.
Rekviyem, roman janrının daxili strukturuna, kompozisiyasına çətin uyduğuna görə Əkrəm Əylisli müxtəlif ədəbi priyomlara – cilovsuz şuur axınına, yuxulara, sayıqlamalara, kinometoqrafiyada istifadə olunan üslublara baş vurur. Bununla da yazıçı əsərın emosional təsirini artırmağa çalışır. Ancaq istifadə etdiyi priyomların balansını saxlaya bilmədiyi, sayıqlamaların ölçüsünü qaçırdığı üçün, yazıçı istədiyinə nail ola bilmir. Qreta Sərkisovnanın ölümündən məyus olan Nüvariş Qarabağlının yuxusu bu baxımdan çox maraqlıdır: “Qreta Sarkisovna, kak malenğkiy çerepaşonok, tolğko çto vılupivşiysə iz əyüa i toropəhiysə k vode, vıpolzla iz luji sobstvennoy krovi. Ee mertvoe i v to je vremə jivoe, s obodrannoy kojey obnajennoe telo bılo tak urodlivo i straşno, çto, bıtğ mojet, s samoqo sotvoreniə mira nikto i ne videl stolğ jutkoqo zreliha. Qreta Sarkisovna polzla i polzla po zemle, izvivaəsğ, kak zmeə... İnoqda ona, podnimaə qolovu, bormotala: “Spasibo, sınok, oqromnoe vam spasibo!” — i vnovğ v nevınosimıx boləx i mukax prodoljala putğ k svoey smerti...”
Mən burada bir məsələyə də toxunmaq istəyirəm. Kitabın rusca tərcüməsi, ehtiyatla desək, bir o qədərdə yaxşı deyil, bəzi yerləri isə bərbad şəkildədir. Yuxarıda bu məsələyə bir balaca toxunsam da, sözlərimi isbatlamaq üçün bir necə örnək vermək istəyirəm. “No odnajdı, koqda mladenüu ne bılo ehe i trex mesəüev, vo vremə noçnoqo kormleniə Djulğetta krepko zasnula, a prosnuvşisğ, obnarujila posinevşee telo rebenka, zadoxnuvşeqosə mejdu ee qrudey. Djulğetta ne moqla sebe gtoqo prostitğ, umerşiy rebenok ne umolkal, plakal, prosil moloka. İ matğ perestala estğ, pitğ, spatğ.” – “Ölmüş uşaq susmaq bilmirdi, ağlayırdı, süd istəyirdi” – siz deyin, bu necə olan işdir?
Əsərin başqa bir yerində oxuyuruq: “Bannoy vodiçkoy sebe druzey zarabatıvaet”. Bu, sən demə, “Hamam suyuyla dost tutmaq” frazeologiyasıymış. Belə bir tərcümədə rus oxucusunun bunu başa düşməsi imkansızdır.
Əsərin əvvəlində verilən məlumata görə, mətni ruscaya Hüseynzadənin redaktəsində müəllifin özü tərcümə edib. Məni bir məqam maraqlandırır. Hər yerdə, hər çıxışında başqa dillərdən rusçaya edilən tərcümələrin səviyyəsinə olduqca böyük əhəmiyyət verdiklərini söyləyən “Drujba narodov” jurnalının baş redaktoru A.Ebonaidze və onun işçiləri əsər doğru-dürüst redaktə olmadan, nə üçün onu tələm-tələsik çap ediblər? Mənə elə gəlir ki, “Daş yuxular”ın mövzusu onlar üçün o qədər gözlənilməz, o qədər ürəklərindən olub ki, tərcümənin səviyyəsinə, estetik dəyərinə məhəl goymadan çap ediblər. Yuxarıda sitat gətirdiyim Annenskinin sözləri də bunu təsdiqləyir.
Əkrəm Əylislinin “Daş yuxular”ı, heyiflər olsun ki, bir yazıçının haradan haraya gəldiyini, tənəzzülünü göstərən uğursuz bir əsər kimi yaddaşlarda qalacaq.



