Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 27 may 2016-cı il tarixində Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev küçəsi 42) müraciət etmələri xahiş olunur.