|
|
|
|

Bu gün Bakının Binəqədi rayonunda yerləşən yaşayış binasında baş verən yanğından bir il ötür.
525.az-ın məlumatına görə, yanğın Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında səhər saatlarında (10:30) baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov həbs ediliblər.



