|
|
|
|

Abşeron rayonunda, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın başlayıb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Yanğının söndürülmə işləri davam etdirilir.



