https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

"Milan" "Barsa"nı,"Şalke" "Qalatasaray"ı çətin vəziyyətə saldı

"Milan" "Barsa"nı,"Şalke" "Qalatasaray"ı çətin vəziyyətə saldı

Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, son oyun günündə bütün diqqətlər Milana yönəlib. Burada eyniadlı komanda ÇL-in favoriti olan “Barselona”nı qəbul edib. Əksər proqnozların əksinə olaraq, "Milan" bu görüşdə Kataloniya təmsilçisi 2:0 hesabı ilə məğlub edib. Bununla da, "Barsa"nın növbəti mərhələyə keçməsi çətinləşib. Tito Vilanovanın komandasına istəyinə çatması üçün cavab görüşündə ən azı üç top fərqlə qalib gəlməsi lazımdır.

Azərbaycanlı azarkeşlər üçün İstanbulda baş tutan “Qalatasaray” – “Şalke” qarşılaşması da az maraq doğurmurmu. Görüşdə hesabı İstanbul kluba açsa da, Fatih Terimin komandası üstünlüyü qoruya bilməyib - 1:1. Bu cütlüyün taleyinə Almaniyadakı cavab görüşündə aydınlıq gələcək.

20 fevral

23.45.  “Milan” (İtaliya) – “Barselona” (İspaniya) - 2:0
Qol: Boatenq, 58 (1:0), Muntari, 81 (2:0)

23.45.  “Qalatasaray” (Türkiyə) –  “Şalke” - 1:1
Qollar: Burak Yılmaz, 13 (1:0), Cons, 45 (1:1)

19 fevral

23.45. “Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:3
23.45. “Porto” (Portuqaliya) - “Malaqa” (İspaniya) - 1:0

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.