https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Nəvə Həzi Aslanov babasının xatirə turnirində

Nəvə Həzi Aslanov babasının xatirə turnirində
Fevralın 23-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi Beynəlxalq Bakı turniri start götürəcək.

Təşkilatçı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifovun Lent.az-a verdiyi məlumata görə, sayca XXXVI dəfə keçiriləcək turnirin təntənəli açılış mərasimi fevralın 23-də saat 16:00-da başlayacaq.
 
Tədbirə Baş İdarə, Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə yanaşı, qəhrəmanımızın nəvəsi, Daxili İşlər Nazirliyinin baş narkotiklərə qarşı mübarizə idarəsinin rəisi general-mayor Həzi Aslanov da qatılacaq. İki gün davam edəcək yarış kişilər və qadınlar arasında təşkil olunacaq. Turnirə geniş heyətlə qatılacaq Azərbaycanın komandalarından əlavə, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan və Qazaxıstan da iştirakını təsdiqləyib. Yusifov əvvəlki illərlə müqayisədə iştirakçı ölkə və idmançıların sayında artımın müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə, Rusiya, İran və Qırğızıstan 17, Gürcüstan 13 nəfərlik heyətlə gələcək. Rusiyanın ikinci komandası və Ukraynadan da cüdoçuların gəlişi gözlənilir.
 
Qeyd edək ki, turnir Şağan Olimpiya Kompkesində təşkil olunacaq.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.