Tomsk Dövlət Universitetində, Tomsk və Sankt-Peterburq poleontroloqlarının araşdırmalarından bəlli olub ki, Kemerov vilayətində tapılan heyvan qalıqları dinozavrların elmə bəlli olmayan növünə aiddir.
AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, hələ qazıntılar zamanı bu heyvanın çox böyük olduğu bəlli edilib.
Aparılan tədqiqatlar onun elmə bəlli olmayan yeni dördayaqlı, otyeyən dinozavr növünə aid olduğunu göstərib.
Bildirilir ki, qalıqlar erkən təbaşir dövründə yaşamış (100 milyon il əvvəl), orqanizmində digərlərindən fərqlənən müəyyən dəyişikliklər olan yeni dinozavr növünə aiddir.
Dinozavrın 20 metr hündürlükdə, 50 ton ağırlıqda olduğu ehtimal olunur.