1864-cü il. İlk Cenevrə Konvensiyası imzalanıb.
İlk konvensiya döyüş bölgələrində, ordularda yaralıların müalicəsi şəraitini yaxşılaşdırmaq məqsədi daşıyıb.
Bu, Cenevrə konvensiyalarının dörd müqaviləsindən birincisidir. Konvensiya beynəlxalq hüququn silahlı münaqişələr zamanı qurbanların müdafiəsini təmin edən hüquqi nizamlamalarının əsasını təşkil edir.
Sənəd 1906-cı ildə əhəmiyyətli dərəcədə dəyişdirilib və ikinci Cenevrə Konvensiyası ilə əvəzlənib.
O, 1929-cu ildə üçüncü və nəhayət 1949-cu ildə dördüncü - sonuncu Cenevrə Konvensiyası ilə əvəz olunub. Beynəlxalq Qırmızı Xaç Komitəsi konvensiyanın müddəalarının yerinə yetirən qurumdur.
1846-cı il. Nyu-Meksika ştatı Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil edilib.
1850-1863-cü illərdə ştatın ərazisi tam olaraq müəyyən edilib.
1912-ci ildə isə Nyu-Meksika ABŞ-ın 47-ci ştatı olub. Nyu-Meksika ştatının əsası 1605-ci ildə İspaniya tərəfindən qoyulub. Sonralar Fransa tabeçiliyinə keçən ştatın şimal hissəsi 1803-cü ildə Napoleon tərəfindən ABŞ-a 15 milyon dollara satılıb. Nyu-Meksika ştatı 1821-ci ildə Meksika imperiyasının tərkibinə daxil edilib.
1902-ci il. “Cadillac” avtomobil şirkəti yaradılıb.
Bu şirkət “Henry Ford Company”nin bazası əsasında qurulub.
Fransız tədqiqatçı Antoine de la Mothe Cadillacın şərəfinə brendə “Cadillac” adı verilib.