«Yeniufuq.az» saytının “Bizim Qonaq” rubrikasının növbəti qonağı Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslandır.
-1967-ci ildə Yozgat’ın Sorgun mahalında dünyaya gəlmişəm. İlk və Orta təhsilimi Sorgunda alımışam. 1986-ci ildə Ankara Universiteti Peşə Yüksək Məktəbi Maşın Bölümünden; 1990-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsindən məzun oldum. Eyni il Ankarada Mədəniyyət Nazirliyində məmurluq həyatına başlamışam. Başbakanlık Dövlət Dili Məktəbində İngilis; Mədəniyyət Nazirliyi Türk şivə kursunda (TUS-KUR) Türk şivə təhsili də almışan. 2004-2006 illərində Türkiyə Respublikası Şam səfirliyi nəzdində Mədəniyyət və Tanıtma Müşaviri; 2006-2011 illərində Mədəniyyət və Turizm Nazirliyi Tanıtma Ümumi Müdirliyində Göstərilər və Konqreslər Dairə Başçısı, Ar-Ge və Strateji İnkişaf etdirmə Dairə Başçısı, Xaricdə büroları Dairə Başçısı, Büdcə və İnzibati İşlər Dairə Başçısı olaraq vəzifələrində çalışmışam. 2011-ci il dekabr ayında Qazaxıstana Türkiyə Respublikası Astana səfirliyi nəzdində Mədəniyyət və Tanıtma Müşaviri olaraq təyin edildim. Qazaxıstanda 1 aya qədər vəzifəmi yerinə yetirdikdən sonra yeni bir fərman ilə Bakı Böyükelçiliyimiz nəzdində çalışmaq üçün Azərbaycana Mədəniyyət və Tanıtma Müşaviri olaraq təyin edildim və Bakıdakı vəzifəmə 13 Yanvar 2012 tarixində başladım. Evliyəm və 4 oğul atasıyam.
-Hörmətli Seyid Əhməd bəy, sizin müşavirliyiniz dönəmində qardaş Türkiyə-Azərbaycan mədəni əlaqələrinin getdikcə inkişafına şahid olmaqdayıq. Türkiyə və Azərbaycan mədəni əlaqələrin daha da möhkəmlənməsi yolunda nə kimi planlarınız mövcuddur? -Bir az əvvəl də bəhs etdiyim kimi 13 Yanvar 2012 tarixində Bakıdakı vəzifəmi icra etməyə başladmışam. Türkiyə ilə Azərbaycan arasında həm mədəni sahədə həm də turizm sahəsində qanuni zəmin meydana gətirən ikitərəfli sazişlər mövcuddur. Bu sazişlər iki ölkə arasında mədəni və turizm iş birliklərinə çox gözəl zəmin yaradır. Əsasən, xalqlar arasında soy bağı olan, eyni dili və eyni dini paylaşan iki qardaş ölkə arasındakı əlaqələr tarixin çox dərinliklərinə uzanmaqdadır. İki qardaş ölkə arasında mədəni və turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə imzalanan sazişlər hüquqi zəmin yaratması baxımından çox əhəmiyyətli, ancaq bu iki qardaş ölkə xalqları arasında elə güclü bağlar mövcuddur ki, istər buna qan bağı deyin, istər din bağı deyin, istər soy bağı deyin … adını nə qoysanız qoyun ikitərəfli sazişlər çox vaxt dar gəlir, qeyri-kafi qalır. Deyəcəyim odur ki, iki dövlət bir millət arasındakı əlaqə mənfəət əlaqəsinə söykənməyən bir könül əlaqəsidir. Milli və mənəvi dəyərlərinin fərqində olan, şüurunda olan, millət olma şüuruna çatmış hər insan bu könül əlaqəsinə mütləq inanır, bu şüurla hərəkət edər.
Bu gün şükürlər olsun, biz də bu şüurla hərəkət edirik. Bu şüur əməllərimizin, günahlarımızı, işlərimizə, fəaliyyətlərimizə əks olunur. Hər tuttuğuğumuz işin təməlində səmimiyyət var. İki qardaş ölkə arasında mədəniyyət və turizm əlaqələrində bu vaxta qədər hər hansı bir problemlə qarşılaşdığımızı söyləyə bilmərəm. Allah nəzərdən saxlasın. Vəzifəyə başladığım 13 Yanvar 2012 tarixindən bu zamana qədər 60 üzərində mədəniyyət, sənət və turizm məzmunlu fəaliyyətlər etmişik ya da qatqı təmin etmişik. Məhdud heyətlə, işçi heyəti mədəniyyət və turizmin olduğu hər zəmində var olmağa çalışdıq. İki ölkə Mədəniyyət və Turizm Nazirlikləri və TİKA ilə əl-ələ verərək Bakıda turizm təhsil proqramları reallaşdırdıq. Azərbaycandakı bütün milli televiziyalarda, əhəmiyyətli internet saytlarında, nəqliyyatın sıx olduğu küçələrdə reklam lövləhərində, əhəmiyyətli gördüyümüz xətlərdə avtobuslar üzərlərində, Park Bulvar Alış-veriş Mərkəzində Türkiyəni tanıdan reklam fəaliyyətlərində çalışdıq. Turizm sərgilərində ən aktiv bir şəkildə iştirak etdik. Xüsusilə qarşılama fəaliyyətlərinə çox əhəmiyyət verdik. Mətbuatla və media quruluşlarıyla çox yaxşı əlaqələr qurmuşuq, əlaqələrimizi inkişaf etdirməkdəyik. Azərbaycandakı televiziya və qəzet / dərgilərdən bir çox mətbuat mənsubunun Türkiyədə ağırlanmalarını təmin etdik.
Nəticədə Türkiyənin turizm imkanlarının Azərbaycanda daha da yaxşı tanınması və bilinməsinə qatqı təmin edən tv proqramlar, məqalələr, xəbərlər … təşkil etdik. Türkiyənin qış turizm imkanlarının, termal turizm imkanlarının Azərbaycanda tanıdılması üçün işləri də həyata keçirtdik.
Azərbaycanda təşkil olunan İpəkyolu Beynəlxalq Musiqi Festivali kimi mədəni təsirləri çox dəyərləndirdik və imkanlar ölçüsündə Türkiyədə çox sayılan sənət qruplarını da dəvət etməyə cəhd göstərdik.
Mədəniyyət, sənət və turizm məzmunlu simpozyum, panel kimi demək olarki hər fəaliyyətdə aktif rol oynamağa çalışdıq. Azərbaycan və Türkiyə arasında tarixin dərinliklərindən gələn səmimi əlaqələrimizin daha da sağlam mühitdə idarə edilməsinə zəmin olması baxımından mətbuat nümayəndələri arasında maqalə yarışması təşkil etdik. Bu yarışmanı qazanan 10 mətbuat mənsubuna Türkiyədə yuxu kimi bir tətil imkanı yaratdıq. Yenə Türkiyə ilə Azərbaycan arasında tibb və sağlamlıq sahəsindəki əlaqələrin daha da güclənməsi və inkişaf etdirilməsi niyyəti ilə iki ölkə səhiyyə sektorunu bir araya gətirərək, sağlıq turizmi workshopları və işbirliği günleri, simpoziyumlar, panellərin düzənlənməsinə şərait yaratdıq.
Yenə Lənkəran Bölgə Kitabxanasına 200’ün üzərində Türkçə kitablar hədiyyə edərək, gənclərin və xalqın maariflənməsini çox əhəmiyyət verdik. İstanbul Tarixi Türk Musiqi Araştırma və Uygulama Topluluğunu Bakı’ya dəvət edərək Türk musiqisi konsertləri təşkil etdik, Türkiyə’nin məşhur şairi, əsasən də Türk dünyasının məşhur şairi mərhum Abdürrahim KARAKOÇ’u çox təntənəli proqramlarla Bakı’da andıq. Önümüzdəki dönəmdə, 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə konsert proqramı, kino həftəsi,TRT axşam səfası konsert proqramı, Türkiyə mədəniyyət həftəsı, Mövlananı anma proqramı (şeb-i arus), ədəbiyyat və xalq mədəniyyəti proqramları kimi çox fəaliyətləri həyata geçirtməyi planlaşdırırıq.
Müşavirliyimiz, Azərbaycan`da ən diqqət çəkən və faydalı mədəni fəaliyyətlər həyata keçirən və Beynəlxalq Mədəni Əlaqələrin inkişaf etdirilməsinə istiqamətli diqqət çəkən əməllərinə görə Onur diplomu ilə təltif edilmişdir. Haqqında danışılan qürur sənədini Azərbaycan Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev bəyəfəndinin əlindən həm də Bakıda 12 İyun 2012 tarixində təşkil edilən “Kültürologların 2. Beynəlxalq Bakı Forumu” əsnasında, beynəlxalq bir fəaliyyətdə alimlərin, elm adamlarının və mətbuatın hüzurunda almaq mənim üçün ayrı bir şərəfdir.
-Dəyərli Seyid Əhməd bəy Türkiyə səfirliyinin Mədəniyyət müşavirliyi olaraq, sizin Azərbaycanın mədəniyyət sahəsində gedən proseslərə də münasibətinizi öyrənmək istərdik? -Mədəniyyət və Tanıtma Müşavirlikləri, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yurd xaricindəki diplomatik nümayəndəlikləridir. Bu səbəbdən, Azərbaycanda ən çox Mədəniyyət və Turizm Nazirliyi ilə aktiv əməkdaşlıq içərisindəyik. Mədəniyyət və sənət ətrafları, bu sahədəki qeyri hökumət təşkilatları, turizm sahəsində iş görən dərnək, birlik kimi təşkilatlar, dövr operatorları, səyahət agentləri və s. təşkilatlarla hər vaxt yaxın əməkdaşlıq içərisindəyik. Biz fəaliyyətlərimizin əksəriyyətini Azərbaycandan bir təşkilat və ya quruluşla əməkdaşlıq içərisində həyata keçirməyə diqqət göstəririk. Hər uzatdığımız ələ bir cavab tapırıq. Bu da Azərbaycanın mədəni zəmininin əlverişli olması və yüksək mədəni təcrübəyə sahib olmasından qaynaqlanır. Azərbaycan hər sahədə olduğu kimi mədəni sahədə də böyük işlərə imza atmaqdadır. Ayrıca Azərbaycanın beynəlxalq mədəni fəaliyyətləri bütün dünyada həqiqətən maraq oyandırmaqdadır. Zəngin mədəni təcrübəsi Azərbaycanı beynəlxalq mədəni zəmində hər zaman müvəffəqiyyətli edəcək.
-Hörmətli müşavirimiz bilirsiniz ki, Azərbaycanın doğma Qarabağ torpaqlarının təcavüzkar erməni işğalına məruz qalması nəticəsində doğma diyarımızda onlarla tarixi qədim olan milli-mənəvi və dini abidələrimiz dağıdılaraq məhv edilib. Bizim üçün maraqlıdır ki, bu həssas məsələdə müşavirliyinizin gördüyü işlər nədən ibarətdir? -Hörmətli prezident İlham Əliyev cənablarının Türkiyə və Azərbaycanın səbəb birlik və bərabərlik içərisində hərəkət etməsi lazım olduğunu ortaya qoyan çox bəyəndiyim bir ifadəsi var. Deyirki:” Bizi birləşdirən tarix, mədəniyyət, din, dil, siyasi maraqları və bütün bu amillər nadir vəziyyət yaradır. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada analoqu olmayan münasibətlərdir.” Yenə Türkiyə Respublikasının Prezidenti cənab Abdullah Gülün: ”İki ayrı dövlətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaşlıq və qardaşlıq hissləri ilə dolu olması vacibdir. Biz də bu anlayış çərçivəsində daim və tez tez görüşərək, ətraflı məsləhətləşirik və əməkdaşlıq edirik.” ifadəsi hörmətli prezident İlham Əliyev bəyin ifadəsi nə qədər də üst-üstə düşür. Sanki bir-birlərini təsdiq edirlər. Təbii mənim könlüm, Türkiyə ilə Azərbaycan arasında var olan bu səmimi birliyin, bütün Türk Respublikaları arasında olmasını da çox arzulayır. Məsələn, 6 Noyabr 2012 tarixində Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən ”Qarabağ: Türk Dünyasının Ortaq Problemi” konfransında çıxış edən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan, Bolqarıstan, Qaqavuz Yeri, İraqdan (Kərkük, Ərbil Türkləri) bütün ziyalıları məni könüldən xoşbəxt etmişdilər. Eyni duyğu ətrafında birləşməyimizin ən gözəl ifadəsi idi. Bu şəkildə əl-ələ verərək ortaq problemlərimizi beynəlxalq platformalarda müdafiə edə bilsək daha güclü olarıq. Səsimiz, sədamız daha gur çıxar və nəzərə alınar. Bu və buna bənzər fəaliyyətləri Avropa ölkələrində, Amerikada təsirli bir şəkildə etməliyik. Bu gün artıq hər ölkədə hər cür fəaliyyəti edə biləcək şəraitimiz mövcuddur.
-Dəyərli müşavirimiz “yeniufuq.az” saytı olaraq biz sizi hər zaman “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkil etdiyi tədbirlərimizdə görməklə qürur duyuruq. Bilmək istərdik ki, Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsi yolunda yorulmadan mücadilə verən “Yeni Üfüq” İctimai Birliyi ilə mədəniyyət müşavirliyinin nə kimi birgə layihələrini həyata keçirmək haqqında düşünürsünüz?
-“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gördüyü hər iş məni həyəcanlandırır. Mühüm işlər görməkdəsiniz. Hər zaman bir nəfər kimi “Yeni Üfüq”ün yanındayam. “Yeni Üfüq”ün Müşavirliyimizə gətirəcəyi hər layihənin yanında olmaqdan və ona dəstək verməkdən qürur duyuram. Könül dünyamızı hər zaman ilahi, mənəvi ehsanlarla dincliyə çatdıran, nurlandıran “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə Allahdan müvəffəqiyyət diləyirəm.
-Dəyərli Seyid Əhməd bəy, olduqca geniş və maraqlı müsahibənizə görə “Yeniufuq.az” saytı adına sizə təşəkkür edirik.