Meksikanın Miçoakan ştatında polis əməliyyatı zamanı cinayətkarlar helikopteri vurub, nəticədə dörd nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Silvano Aureolesa bildirib.
Onun sözlərinə görə, helikopter kriminal qruplaşmaların liderlərinin saxlanılması üzrə əməliyyatda iştirak edib. İnsident nəticəsində 3 polis əməkdaşı və 1 pilot həlak olub.